dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid atası: “Mən demişəm ki…”


Bu gün aprel şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Rüstəm Əhmədov yaşasaydı, 36 yaşı olacaqdı. Şəhid ailəsi şəhid övladlarının ad gününü Mingəçevir Şəhidlər xiyabanında onun məzar başında qeyd ediblər. Qohumlar, dostlar, qonşular şəhidin ruhuna dualar oxuyub, Allahdan rəhmət diləyiblər. Rüstəm Əhmədov 1983-cü ildə Mingəçevirdə anadan olub. 2016-cı il aprelin 14-ü Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Mingəçevir Şəhidlər xiyabanında dəfn edilib. Qeyd edək ki, Rüstəm ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Rüstəmin atası Oruc kişi bizimlə söhbətində bildirdi ki, Rüstəm onun gözümün ağı-qarası bircə oğlu idi: “Çox mehriban və qoçaq bala idi. İndi onun iki övladı ilə təsəlli tapmağa çalışıram. Mən demişəm ki, nə qədər canımda can var, həmişə oğlumun məzarını ziyarət edəcəm. Çünki bura gələndə də müəyyən dərəcədə təskinlik tapıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən demişəm ki, amma ən böyük təskinliyim erməni işğalında olan ərazilərimiz azad olunandan sonra olacaq”.

Esmira Hidayətova, Mingəçevir

Oxunub: 799
Oxşar xəbərlər
SON XƏBƏRLƏR