dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın fəxr olunası övladları var. O vətən oğullarından biri də Azərbaycanı dünyada təmsil edən iş adamı Mübariz Mənsimovdur


Azərbaycanın fəxr olunası övladları var. O vətən oğullarından biri də Azərbaycanı dünyada təmsil edən iş adamı Mübariz Mənsimovdur. Belə bir oğul yetişdirən valideyinləri-atası Qurban Mənsimov, anası Zümrüd Mənsimova həqiqətəndə xüsusi təşəkkürə layiq olan valideyinlərdi.
Ümid Tv xəbər verir ki, vətənpərvər bəstəkar Sevinc Tofiqqızı şair Şərafətddin İlikinin sözlərinə vətənpərvər Azərbaycan oğlu Mübariz Mənsimovun valideyinlərinə həsr olunan musiqi bəstələyərək klipide çəkildi.Klipin rejissoru Babek Pourfard, aranj.Feraim Sadiq,Sahil Aliyev,ses resissoru Vasif Adigözelov,ifaçısı Xocalı fəryadını yaşamış, vətənpərvər Səbuhi Həsənovdu.
Qeyd edək ki, klip Türkiyənin bir neçə kanalında yayımlanıb, Azərbaycanda isə ilk dəfə Ümid Tv Azərbaycan kanalında yayımlanıb.
Kliplə bağlı münasibətini öyrənmək üçün sevilən bəstəkar Sevinc Tofiqqızı ilə əlaqə saxladıq. Vətənpərvərliyi ilə seçilən bəstəkar Sevinc Tofiqqızı kliplə bağlı bunları söylədi:
"Xeyirli övlad hər bir valideyinin baş ucalığıdır. Xeyirli övlad bütün xalqın şərəfi, qüruru, fəxridir. Belə övlad böyüdən valideyinlər isə başımızın tacı və örnəkdirlər.
Xeyirxah insan Mubariz Mansimov kimi şəxsiyyət tərbiyə etmiş, böyüklükləri ilə insanlığa nümunə olan Zümrüd ana, Qurban ata!
Yeni bəstəmin sözləri Şərafəddin İlkinə, musiqisi Sevinc Tofiqqızına, yəni mənə məxsusdur. Gözəl ifaçı, Xocalı fəryadını yaşamış, vətənpərvər qardaşımız Səbuhi Həsənovun ifasında səslənən “ETİRAF-ATA-ANA” adlı mahnım bu vüqarlı valideyinlərə həsr edilib. Məhəbbətlə yazılmış bu mahnım, mənim və yaradıcı heyətin adından, vətənpərvərliyi ilə hər kəsə nümunə olan Mübariz Mənsimovu yetişdirən valideyinlərinə bir hədiyyədir."




Oxunub: 1 387
Oxşar xəbərlər
SON XƏBƏRLƏR