Qısa ömrü ilə ədəbiyyatımıza heç vaxt unudulmayacaq bir irs qoyub getmişdi bu şəxs. Az ömrü ilə tarix yazan müşfiqlərin həmişə olacağının isə 2016 - cı ildə bir daha əyani şahidi oldum. İki yarımçıq qalmış ömür.. Bu ömürlər yarımçıq qalmasaydı Vətən üçün , xalq üçün daha nələr etməzdilər ki... Və bu müşfiqləri birləşdirən bir ülvi hiss vardı : " SEVGİ " Vətən və xalq , ana və torpaq sevgisi.
Bu sevgi Texniki Universitetin tələbəsi Müşfiq Orucovu da seçilənlərdən etdi. Sevgi- müqəddəs və pak duyğu. Sevgi - dünyanın onun gücünə bərqərar olması. Sevgi - , ölməzlik , əbədilik duyğusu. Və bu ölməzlik , bu əbədilik diyğusu təmənnasız olur , qarşılıq gözləmir , insanı öz dünyasından alıb , hamının dərk edə bilmədiyi bir dünyaya aparır. Beləcə , yaşıdlarından fərqli olaraq Müşfiq də bu müqəddəsliyə mübtəla oldu. O qədər mübtəla oldu ki , canını belə sipər etdi. Sevgi sevdiyini , hər pislikdən , hər çətinlikdən qorumaqdır. Müşfiq də öz sevgisini pislikdən , çətinlikdən qorumaq üçün qanını onun yoluna axıtdı. Düşmən tapdağı dəyməsin deyə , xain nəfəsi toxunmasın deyə qanı il yoğurdu , qanı ilə suvardı bu sevgisini - torpağ məhəbbətini , yurd eşqini . Və bu sevgi onu zirvələrə qaldırdı , ölməzliyə yüksəltdi . " Ömürdən pay olsaydı , ömrümü ömrünə calardım " deyimini alt üst etdi bu sevgi. Olurmuş ömürdən pay, olurmuş ömürü- ömürə calamaq. Müşfiq nəinki ömründən pay verdi , hətta bütün ömrünü verdi bu sevgiyə..
Ömrünü sevgisinə qurban vermiş qəhrəmanım mövludun mübarək. Mövludun mübarək sevginin müqəddəs duyğu olduğunu əyani sübut edənim. Mövludun mübarək Vətənin igid oğlu. Mövludun mübarək , Ayğun xanımın müəllim sevgisindən güc alıb , anasının Anasının ən ülvi sevgi ilə qoşuşanım. Mövludun mübarək , sevgisinin gücünə özünə hamını sevdirənim...
Mehriban Sadıqova
GunAz Tv-nin təsisçisi
Oxunub: 565