dini radikalizm və ekstremizmlə mübarizə

MİLLƏT VƏKİLİNİN ZÜLMÜNDƏN MEHRİBAN ƏLİYEVAYA SIĞINAN HƏRBİÇİ AİLƏSİ



By videonu izlədikdə ilk düşündüyüm bu oldu demək ki, söz açacağımız millət vəkilimizin sərvəti var, Allah daha da bol etsin.
Mənim də millətimi Allah çətinliklərdın xilas etsin. Biz kimsənin malını, pulun saymaq fikrində də deyilik, biz demirik ki, bir kimsə pul qazanmasın, kişi ticarətlə məşğuldur ticarətdə pul üstünə pul gətirər.
Amma görəsən bu qazancın Kəffarəsini Ağalar müəllim Kristal Abşeronun Sumqayıtda yaçayan sakini, canını hər an Vətənə qurban verə biləcək canli Şəhidin övladlarına bağışlaya bilməzmi? Sonrada düşünürəm nə bağışlamaq mən nədən danışıram. Məhərrəmliyin ən ağır günlərində insanlar məscidlərə axışıb imam Hüseyin, Həsən s.ə üçün göz yaşı axıtdığı bir zaman Ağalar müəllim hər an ölüm təhlükəsi ilə yaşayan Hüseyin və Həsənin atasını hüquq mühafizə orqanlarına çağırtdırır.( ürək qüsurlu körpələrin adı Hüseyn və Həsındir)Korubsiya idarəsi, Sumqayıt prokrorluğuna çağrılan hərbiçimiz öz dərdini danışdıqdan sonra hər iki qurum onu hörmətlə dinləyib yola salarkən deyiblər: - "Qardaş get çalış problemini həll et." Hüquq mühafizə orqanlarının əməkdaşları sağolsunlar, Kristal Abşeronun əməkdaşlarına baxarkən hərbiçi qardaşlarının hər an vətən üçün canını qurban verəcəyini başa düşüblər axı ,(onud axatırladım ki, qarabağ torpaqlarını qorumaq üçün ilk DİN-nin əməkdaşları Şəhid oldu onlar hərbiçiyə dəyər verməyi bilirlər.) görəsən Kristal Abşeronun əməkdaşları nədən ailəyə qarşı bu qədər qəddarcasına yanaşırlar.
4 az yaşlı uşaq olan evində suyu kəsilərmi?
2 ürək çatışmamazlığından əziyyət çəkən uşağ nəfəs alması üçün elektikin olması çox vacib olduğu bir halda işığı kəsilərmi?
4 az yaşlı uşaq yaşayan mənzilin konelzasiya xətti bağlanaraq çirkab sular evə axıdılarmı?
Bu addımı müsəlman olan bir-birinə etməz.
O, uşaqlar erməni övladı deyil!
O, uşaqların atası sizləri, bizi erməni vandallarından qoruyur və hər an ölümlə üzləşir... İndi siz deyin, bizim Ağsaqqal bildiyimiz millət vəkilləri belə bir addım atmasını görən hansı gənc hərbiçi olmaq istər. Deməzlərmi budurmu hərbiçiyə hörmət. Düşünməzlərmi mən Vətəni qoruyum, mənim məmurumda darda olduğum zaman mənim ailəmə düşmən kimi zülm etsin.
Bir millət vəkili bacardığı yaxşılığı edir. Dəfələrlə imkan daxilində hərbiçini tanımadan ona yardım edərək övladlarını ağır durumdan xilas edib həkimlərdən müainələrdən keçməsini təmin edir. Bir millət vəkilidə onu seçən xalqın övladına zülm etdirir.
Söz açdığımızın hər ikisi millət vəkilidir .
--Biri imkanı olarkən hərbiçi ailəsinə zülm edərək, hüquq mühafizə orqanlarına, hətta üstəlik işdən çıxardılması ilə hədələyir.
-Biri isə yağışlı bir havada yolda hərbiçi bir gəncin qollarında bir uşaq, həyat yoldaşının qucağında bir uşaq getdiyin görür. Sürücüyə maşını saxlatdıraraq onları maşına əyləşdirir. Yolda hara gedəcəklərin öyrənir. Bir istiqamətdə ailə başçısını taksiyə əyləşdirərək evlərinə yola salır. Hətta utanaraq hərbiçi qardaşın cibinə əlini salaraq deyir əlaqə nömrəmdi, mənə səhər sizi gözləyirəm.
Bu millət vəkili Adil Əliyev olur. O yağışlı havada yol ilə gedəcək hərbiçinin qarşısında özünü borclu bilir.
Hərbiçimizin dediklərindən: - Mən o an onun kim olduğunu bilmirdim. Evə çatna kimi taksidə düşündüm dünyamız da yaxşı insanlar nə yaxşı ki var. Biz hərbi qospitaldan uşaqları müainə etdirməyə aparmışdıq xəstəxanadan çıxdıqda bərk yağış yağdığın gördüm cibimdə isə cəmi 5 azn pul var idi. Biz uşaqlarla yağışın altı ilə gedərək islanmışdıq. Bu an tanımadığımız bir insanın səsi məni fikirdən ayıltdı qardaşım tez əyləşin maşına hətta özü bizə maşın açdı . Evə çatanda əlimi cibimə saldım bu müəmmalı qardaşın cibimə qoyduğu əlaqə nömtəsini götürmək istərkən kağızda 3 ədəd 100 azn və əlaqə nömrəsini gördüm çox kövrəldim.
Zəng edib təşəkkür etdim. Almaz xanım bilirsinizmi mənə nə dedi: "Qardaşım sən mənə deyil, mən sənə və sənin kimi oğullara bir ömür borcluyam." Bunu bir millət vəkili mənə dedi. Və o an mən bütün ağrı acıları unutdum. O, uşaqların müainəsin təşkil etdi. Bütün xərcləri özü çəkdi. Dəfələrlə müalicə etdirdi.
Amma uşaqlar əməliyyat olunmalıdılar.
Haçan çətinliyin olarsa mənə zəng et tapşırdı.
Amma mən utanıram. Bizim isə o ailəyə məktəb forması aparmağımız isə təsadüfən Samaradan gələn Valeh qardaşımız tərəfindən oldu. Adil müəllim YAP nın binasında sakinlərdən az təminatlı ailələrə yardım məqsədi ilə məktəbli formalarının paylanmasının haqqında söylədiyim an.Valeh qardaş bizim qonşuda çox çətin durumda olan hərbiçi ailənin olduğunu söylədi. Və mən bu haqqda müəllimə müraciət etdim. İki ailə üçün Sumqayıta məktəb geyimi göndərdilər. Bizlər isə bu hadisələrin həm vəsiləçisi həm də şahidi olduq. Onlarda olarkən bu əhvalatı hərbiçi qardaşımız bizə danışdı. Ürəyim qürurla döyündü. Bu həyatdan heç kim heç nə aparmayacaq varlıda, kasıbda özü ilə bətninin aparacağı bir neçə metrə ağ kəfən olacaq. Nə malımızı, nə mülkümüzü, nə də ucaltdığımız göydələnləri. Yalnız və yalnız əməllərimiz bizim var dövlətimiz olaraq o dünyada bizim axirətimizə təminat olacaq. Gəlin yaxşılıq edək... Gəlin ümid yeri olarkən qapımız gələni göz yaşıyla deyil sevinclə yola salaq. Nə malımıza, nə pulumuza, nə də adımıza güvənməyək axı onu bizə bəxş edən Allahdır. Verdiyi kimi hamısını bir imzayla geri alar.
P.S. Artıq on günə yaxındır ki, sosial şəbəkədə ailənin video çarxlarla müraciəti izlənilir düşündük ki, bəlkə Ağalar müəllim böyüklük edər ailəyə yardım edərək kredit borcunun ödənməsi üçün ya zaman verər, ya da aylığ ödənişi ailənin durumuna görə tənzimlətdirər. Yenədə ümid edirəm ki, Ağalar müəllimin bəlkə bu olanlardan xəbəri yoxdur bu addımları onun səlahiyyət verdiyi şəxslər edir. Yeməkdənsə ümid yaxşıdır. Gəlin ümid edək ki belədir.
Amma Ağalar müəllimə şəxsən əl çatmayan ailə məcbur qalaraq I Vitse Prezidentimiz Mehriban Əliyevaya müraciət ünvanladı.
Mən inanıram ki, Mehriban xanım hərbiçi ailəsinə həmişə olduğu kimi diqqətini, hörmətini və məhəbbətini bir daha göstərəcəkdir.

Almaz İlahə

Bu linklə ailənin müraciətin izləyə bilərsiniz.

Oxunub: 482
Oxşar xəbərlər
SON XƏBƏRLƏR