dini radikalizm və ekstremizmlə mübarizə

MÖVLUDUN MÜBARƏK, CƏNAB LEYTENANT


Bu gün hər gün olduğu kimi bir şəhidin mövludu. Sanki Şəhidlərin doğum günləri belə ardıcıllıqla yanaşı düzülüb. Necəki ölümdə bir birlərindən geri qalmadılarsa doğum tarixləridə ardıcıl yanaşı. Müsəlləh əsgərlərin dünyaya gəlişidə, gedişidə sədaqət rəmzini göstərir. Onların hər biri sədaqətli olmaqlarını bir daha canlarını Vətənə qurban verməklə sübuta yetirdilər. Aprel Şəhidi Qabil Əbdüləli oğlu Orucəliyevin yaşasaydı bu gün 28 yaşı tamam olacaqdı.
Qabil Orucəliyev 1991-ci il 15 sentyabr tarixində Naxçıvan şəhərində anadan olub. Leytenant Qabil Orucəliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 11-i isə Qabil Orucəliyev doğulduğu Naxçıvan şəhərində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılmış və leytenant Orucəliyev uğrunda şəhid olduğu torpağa tapşırılmışdır.
Qabil Orucəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.
Qabil Orucəliyev ailəli idi, Şəhid olmasından dörd gün əvvəl, oğlu dünyaya gəlib. Şəhidimizin oğlu atasının adını daşıyır.
P.S. 15 sentyabr Bilik günü bu tarixin sevincini balaca Qabil heç zaman yaşaya bilməyəcək bilirsiz niyə? Axı 15 sentyabr mənfur düşmən gülləsi atasının həyatına son verdi. Baxın həyatında bir ömür əlamətdar günləri düşmən tərəfindən qara gələn minlərlə, saysız hesabsız həmvətənlərimi var. Sizcə bu qədər acı çəkən bir xalq onları bağışlaya bilərmi?
Əsla... əsla ... Xoçalı faciəsini unuda biləcək bir türk ola bilməz. Körpə Qabil kimi atasının üzünü rəsmlərdə görən nə qədər körpəmiz var. Yarının həsrətini çəkən nə qədər gənc gəlinlərimiz var.Cavan ikən övlad acısı yaşayan nə qədər ata analarımız var. Bu faciələri nəsillərə çatdırmaq üçün mübariz olun. Övladlarınıza düşmənin hiyləgərliyindən danışaraq onların xalqımızın başına gətirdiklərini aşılayın. Bu Vətənə canını qurban verən oğulların ruhu qarşısında hər birimiz borcluyuq.
Qarabadı nağıllarda fikimlərdə deyil həyatda övladlarımıza göstərək.

Almaz İlahə

Oxunub: 769
Oxşar xəbərlər
SON XƏBƏRLƏR