dini radikalizm və ekstremizmlə mübarizə

Tariximizin saxtalaşdırılmasına yol verməməliyik


Bu günlərdə tarix elmləri doktoru , professor, Rusiya Elmlər Akademiyasının akademiki , yazıçı Ziyadxan Nəbibəyli və ömrünün 58 ilini Azərbaycanın arxiv işinə həsr etmiş əməkdar mədəniyyət işçisi, Respublika Elm və Texnika Sənədləri arxivinin 50 il direktoru işləmiş və bu yaxınlarda təqaüdə çıxmış qocaman tarixçı Şahsuvar Həşimov və tarixci ,tədqiqatçı ,
hüquqşünas, yazıçı Faiq Abdullayevlə birlikdə 1920-23 cü illərə aid olan , eyni zamanda təhsil tariximizin 1917-ci ilə qədər olan dövrü barəsində geniş fikir mübadiləsi apardıq.
Müstəqillik dövrümüzdə arxivlər açılan zaman bəzi alimlər sovet dövründə olduğu kimi yenidən tariximizin o dövrünü təhrif etmişlər.
Hansı ki bu tarixi saxtalaşdıraraq
xalqımızı çaşdıran
" akademik" Yaqub Mahmudov və onun ətrafında olan 16 alimln muəllifliyi ilə yazdıqları
" Qubadlı qədim Azərbaycan torpağı, Zəngəzurun qapısı " kitabındakı qeyri real faktlar Faiq Abdullayev tərəfindən arxiv sənədlərinə istinadən təkzibolunmaz tarixi faktlarla ifşa olunmusdur .
Yaqub Mahmudov 16 muəllifin iştirakı ilə çap olunmuş kitabdakı təhrifləri ört basdır etmək və özünü müdafiə etmək üçün demişdir :
" Mən nə edə bilərəm .
Göndərdiyim tədqiqatçı alimlər Zəngəzurun tarixi ilə bağlı mənə belə məlumatlar veriblər. Məsuliyyəti də məhz onlar daşıyırlar ".
Hansı ki, kitabın adını yazan ,ön söz müəllifi , elmi redaktor, layihənin rəhbəri olan Yaqub Mahmudov AMEA nın Tarix İnstitunun direktorudur. Ancaq Yaqub Mahmudov bilməliydi ki Qubadli heç bir halda Zəngəzurun qapısı ola bilməz.
Qubadlı Zəngəzurun qapısı yox, bir hissəsidir.
" Qubadlı qədim Azərbaycan torpağı, Zəngəzurun qapısı " başlıqlı ( 16 müəllifin imzasıyla ) çap olunmuş tədqiqat əsərində tariximiz tamamilə saxtalaşdırılmışdır .
Təəssuflər olsun , kitabın əvvəlində Qubadlının təhsil tarixi , sonra isə Zəngəzurun ən çətin və mürəkkəb dövrünün tarixi ( 1920-23 cı illər ) saxtalaşdirılmışdır.
Tarixci tədqiqatçi ,hüquqşünas Faiq Abdullayev bu kitabda yazılanların yalan və saxta olduğunu arxiv sənədləri əsasında təkzibolunmaz tarixi faktlarla sübuta yetirmişdir.
Əfsuslar olsun ki neçə illər keçsə də, tariximizi saxtalaşdıran bu alimlər günahlarını etiraf etmirlər . Bu mənəvi cinayətdir. Ən azı ona gorə ki, gələcək nəsillər gerçək tariximizi bilməkdən məhrum olunurlar .
Mustafa Kamal Ataturk demişdir: " Öz tarixini, keçmişini bilməyən millətlər başqa millətlərin yeminə çevrilir."
Bu mənada bizim gercək tariximizi
saxtalaşdıranlara qarşı amansız olmalıyıq.

Rauf İlyasoğlu


Oxunub: 761
Oxşar xəbərlər
SON XƏBƏRLƏR