» » İlk dərs günü yol polisi gücləndirilmiş iş rejimində çalışacaq

İlk dərs günü yol polisi gücləndirilmiş iş rejimində çalışacaq

İlk dərs günü yol polisi gücləndirilmiş iş rejimində çalışacaq

Sentyabrın 16-da, yeni tədris ilinin açılış günü yol polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, təhsil müəssisələrinin ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə tədbirlər planı hazırlanıb: “Həmin gün DYP əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar. Eyni zamanda hər bir təhsil müəssisələrinin qarşısına tələb olunduğu sayda əməkdaşımız cəlb olunacaq. Artıq təhsil müəssisələrinin ətrafına baxış keçirilib. Həmin yerlərdə tıxacların qarşısının alınması məqsədilə əməkdaşlarımız xidmət göstərəcək”.

DYP rəsmisi sürücülərə müraciət edərək, həmin ərazilərdə nəqliyyat vasitələri üçün nəzərdə tutulan dayanma-durma qaydalarına riayət etmələrini istəyib: “Həmçinin sürücülərin ictimai nəqliyyat vasitələrdən istifadə etmələrini tövsiyə edirik”.
Oxşar xəbərlər
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30