dini radikalizm və ekstremizmlə mübarizə

Dostluq nədir?


Zövqlərin və düşüncələrin üst-üstə düşməsidir.
Heç gözləmədiyin vaxtda qəlbinə doğan isti bir hissdir.
Xoşbəxtlikdir, kədərdir, başa düşməkdir,anlayış göstərməkdir...
Dostluq qısa bir cümləylə izah edilə bilməyəcək bir hissdir.
Sevincini paylaşanda onu çoxaldan, dərdini danışanda yükünü səninlə birlikdə daşıyandır əsl dostluq.
Hər çətinliyinə dayaq,göz yaşını silən əldir.
Gözlərinin içinə sevinclə baxıb “boş ver, bunlar həyatın qanunlarıdı” deyərək hiss etdiyin acını,öz içinə atıb səni sevindirmək üçün çalışandır.
Boş vaxtı olmasa belə səninlə 1 stəkan çay içməyə vaxt ayıran və bundan zövq alandır.
Bəlkə eyni lətifələri çox danışmısan amma yenədə həvəslə səni dinləyəndir. Ən əsasıda qarşılıqsızdır.
Nə verdiklərinin qarşılığını istəyər,nədə etdiyi yaxşılıqları üzə vurar.Günlərlə danışmasaz, görüşməsəzdə o məsafələri sizə xatırlatmayandır...


A.Acalov

Oxunub: 750
Oxşar xəbərlər
SON XƏBƏRLƏR