dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİD RAHİM TAĞIYEVİN HƏYAT YOLDAŞINDAN MƏKTUB


Gözlərdə kədər, ata itgisi hələ həyatı tam anlamadan acı zərbə almışdılar, nə əvəz edəcəkdiki o sığalı ? Hansısa yeni paltarmı və ya hansısa oyuncaqmı? Nicat atası evə gələn kimi uzanırdı ata belimi qaşı ,vərdiş etmişdi atasının gedişindən sonra isə yatağa uzanaraq bizə deyirdi belimi qaşıyın, sonra isə narazılığını bildirərək yox atam kimi etmirsiniz. Oğlum mən atanı necə qaytara bilərdim, sənin atan ən uca mərtəbəyə qalxdı bizim gücümüz yetmədi onu qaytarmağa. Bu küskün baxışların ömrü 4 ildir, artıq Ulkər 11 sinfə gedəcək gecə-gündüz hazırlıqlar, kitablar sadəcə bir düşüncə bir fikiri var- "atam həkim olmağımı isdiyirdi"- həkim olacam. Zaman keçir qəlbimizdə acı, qarşımızda sənən qalan yarımçıq arzular.
Nihatın hərbiçi olacam deyir, uzaqlaşdırmağa çalışıram ama bilirəm gec tez o yolu seçəcək atasının oğludu. Nihatımızda sənin baxışın, sənin duruşun, sənin sözlərin. Nicatında polis olacam deyir, bu arzular yerinə yetsin gələcəm, bax o zaman birlikdə sevinərik dediyin kimi. Bir dəfə qocalar qapı ağzında oturmuşdu dedin vaxt gələcək bizdə beləcə övladlarımızın gəlişini gözləyəcəyik. Amma indi mən deyirəm o vaxt çatana kimi məni gözlə, arzularının xeyir xəbərini özümlə birgə gətirəcəm. Yarım qalan arzularımız çin olanda gələcəm!

Oxunub: 624
Oxşar xəbərlər
SON XƏBƏRLƏR