dini radikalizm və ekstremizmlə mübarizə

QAZİMİZ AQİL ƏHMƏDOVUN FİZULİ MƏMMƏDOV HAQQINDA YAZDIQLARI


Fizuli Məmmədov haqqında cox yazılır, cox deyilir.
Mən Fizuli muəllimlə tanışlıgımızdan yazacam.
Bildiyiniz kimi səhhətimdəki problemlərim 1997-ci il məxfi hərbi əməliyyatdan sonra yaranmışdır. Əsirlikdən dəyişilib gəldikdən bəri hər zaman mətbuatda işıqlandırılmış, mualicə məsələmin mənim ucun cox həyatı anlam daşıdıgını gundəmə gətirmisdim.
Fizuli muəllimlə tanışlıgım səhhətimlə baglı novbəti bir video rolikin sosial mediada yayınlamasi ilə oldu."Vətən sagolsun"deyərək gözunu qırpmadan ölümün pəncəsinə atilmış Vətən ogullarının daim dərdinə şərik olan, onların probleminə canla-basla yardım edən Vətənpərvər El Oglu mənimdə dərdimə ürək agrısıyla yanaşdı.Mənimlə şəxsən görusub, əlindən nə gəlir əsirgəməyəcəyini söylədi.
İlk tanışdıgımda onun necə sadə xalqın icindən cıxmış dogma davranışı, alicənab, mədəni səmimiyyəti məndə xoş təsuratlar yaratdı. Mən və Qazi qardaslarım bugun Fizuli muəllimə -böyuk qardas deyərək səmimi munasibət qura biliriksə, onun bizlərə verdiyi dogmalıq, səmimilik, qaygikeşliyindən qaynaqlanan səmimi bir hissdir.
Bu il Novruz bayramı ərəfələrində Qazi qardaslarımı və həmcinin məni Bakı şəhərində rahatcılıgım ucun mənzillə təmin etdi.
Məni, və bir çox Qazi yoldasları mualicə və muayinə ucun Turkiyənin ən məşhur klinikasi"Acı Badəm "-e dəvət etdi. Həmin gun həyəcanımı sizinlə böluşmusdum. Oradakı dogma və keyfiyyətli munasibət Fizuli muəllimin bizlərə verdiyi dəyərin göstəricisidir.
Mən anladimki, Fizuli muəllimin şana-şöhrətə, vara-dövlətə ehtiyaci olan insan deyil. Onun ən boyuk istəyi Vətən və Vətən ucun əlindən gələni əsirgəməmək. Və bu istəkləri hər zaman sözlə deyil, əməlləri ilə subut etmisdir.
Fizuli Məmmədov bu millətin Vətənsevən El ogludur. Hər zaman onun yanındayıq.
Fizuli muəllim, sizin kimi möhtərəm İctimai xadimlə-səmimi qəlbdən Qazilərin, Şəhid ailələrinin və minlərlə köməksiz insanın arxa-dayagı olan, Böyuk qardas deyə biləcəyim keyfiyyətlərə malik Vətənövladı ilə tanış olmagıma cox şadam.
Allah sizləri pənahinda saxlasın. Sizləri daim Var eləsin! ????????

Aqil Əhmədov

Oxunub: 658
Oxşar xəbərlər
SON XƏBƏRLƏR