dini radikalizm və ekstremizmlə mübarizə

FİZULİ MƏMMƏDOVUN ATDIĞI ADDIMLAR ONU İNSANLARA SEVDİRİR


Həyatımız təsadüflərlə doludur. Təsadüf tanışlıqlar, təsadüf qarşılaşmalar. Amma mən təsadüflərə inanmıram. Allah bir insanı bir insanla qarşılaşdırırsa burda bir kəramət olmalıdır. Bu qarşılaşma insanları bir- birinə bağlayaraq ya yaxşılığa vəsilə edər, yada insana bir yol göstərər. Bu gün belə bir təsadüf tanışlığın mövzusundan söz açacam. Vətənpərvər qardaşım Ələsgər Həkimovun vasitəsi ilə tanıdığım bir insanla olan fikir mütaliyəmizin hardan haralara səyahət etməsindən oxucularıma söz açacağam. O, çay süfrəsi arxasında iki nəfəri mənə təqdim edərək dedi. Almaz xanım qardaşlarımızla tanış olun Samara vilayətindən gələn Valeh və Sumqayıt şəhərində yaşayan Elnur qardaşımız . Valeh Rəhimova Samra vilayətində Valeri deyirlər.
Ətraflı söhbət əsnasında Vətənə gəlişinin məqsədini sordum. Hətta özüm özümü qınadımda . Əlbətdə doğmalarını görməyə gəlib deyə düşündüm.
Söhbət əsnasında Valehin uşaq yaşlarından valideyinlərini faciəvi şəkildə itirməsini. Ata anası və bir qardaşı evləri yanaraq dünyaların dəyişməsini öyrəndim. On yaşından yetim qalan Valehin həyatın çox ağır keçib həyatın hər üzün görüb. Beləcə boya başa çatır, harda yaşamasından asılı olmayaraq hər zaman öz milləti üçün əlindən gəldiyini edib. Amma etdiyin yaxşılıqlara dilə gətirmyi özünə yaraşdırmadığını söyləyir.
Valeh Azərbaycanda Fizuli Məmmədovun gördüyü işlər haqqında eşitdiyini söylədi. Hətta çox sevindiyinidə vurğuladı. Bizim millətin onun kimi oğullara çox ehtiyacı var dedi. Bir qardaş ki, Şəhidinə, qazisinə, xəstəsinə əl uzadırsa onun üçün ölümə də gedilir söylədi.
Fizuli Məmmədovu tanımadan o kişiyə böyük hörmətim yarandı. Bakıda olarkən bu günlərdə bir xəbərlərdə F. Məmmədovun Qazinin bank borcunu bağlayaraq evinin əlindən getmə təhlükəsindən qurtardığını biləndə o, insanı yaxından tanımaq istədim, hətta ona nə kömək lazım olarsa rasiyanın bir çox şəhərlərində qardaşlarımızın da ona arxa duracağına da əminəm.
Nəhəng rus dövlətində Azərbaycanlıları bir araya yığmaq o insanlarını dərdi ilə maraqlanmaq, yardımçıları olmaq asan məsələ deyil. Düzdür bəzi diaspora sədrləri canla başla çalışır. Amma əksəriyyəti erməni lobbisinı təmsil edənlərdir. Onlardan erməni bizim dostumuzdur deyən M. Sadıqova. Erməni ilə qohum olan adı azərbaycanlı özününsə soyuna şübhə ilə baxdığım( adını dilimə belə gətirmək istəmədiyim şərəfsiz)lər çoxdur. Diasporaları onlardan təmizləmək lazımdır. Rosiyyanın hər bir şəhərində yaşayan hər sahədən çalışan yüzlərlə ziyalılarımız var. İnsanları bir araya toplayaraq özlərinin seçəcəyi diasporalara ehtiyac var.
Fizuli Məmmədov azərbaycanlıların seçimi ilə diaspora sədrlərinin seçilməsini təmin edərsə çox böyük uğurlara imza atılar. Həm azərbaycanlılar birlik qazanar, bu həm dövlərimiz, həm rəhbərimiz və xalqımız üçün yaralı olar. Biz harda yaşamağımızdan asılı olmayaraq azərbaycanlıyıq, türkük bizlər rusiyada yaşasaqda hər an Ali Baş Komandanın çağırışına səsə verərək vətənimizin dar günündə canımızı torpaqlarımızın azadlığı üçün qurban verməyə hazırıq. Fizili Məmmədovun atdığı adımlar isə təqdirə layiqdir. Düşünürəm ki, sədaqətli övlad olaraq hər zaman xalqının yanındadır. O, həm xalqına , millətinə və dövlət rəhbərinə sədaqətini məhz gördüyü işləri ilə göstərir. Kaş ki, Fizuli Məmmədov kimi iş insanları bir araya cəmləşərək gözəl əməllərə vəsilə olsunlar. Harda olmağımızdan asılı olmayaraq biz də onun yanında olacağıq. Mən onun işləri haqqında hörmətli qardaşlarımıza məlumat verdim və Talyati, Neftyuqanski, İjevski, Ulyanovski, Sızrın və s... şəhərlərin azərbaycanlıları artıq onu gözləyir və onun ətrafında sıx birləşməyə hazırdırlar. Hər bir şəhərdə Azərbaycanlıların döyəcəyi ilk qapı diasporadır, məhz bunun üçün o səlahiyyət yalnız o şəhərin azərbaycanlılarının seçimi ilə olmalıdır. Belə olarsa biz bir yumruq olaraq birləşərik. Diasporalarln üzərinə düşən vəzifələr çoxdur. Amma çox təssüf ki, hər disapora öz işini lazımı şəkildə yürütmür. Dəyişikliklər Fizuli müəllimin çevrəsində azərbaycanlıları sıx bağladığı kimi bəzi narazılıqlarada səbəb olacaqdır. Çünkü işini tərk edən diasporaların sədrləri öz rahatlıqlarından olduqları üçün bəlkə də imanlarını yandıraraq onun çevrəsində qalmaqalda salacaqlar. Müxtəlif qara piyata da əl atacaqlar. Amma bu Fizuli müəllimi qorxutmasın haqq və ədalətin bərpası üçün , azərbaycanlıların problemlərinin həlli üçün bir çox diasporalar dəyişilməli və orda yaşayan azərbaycanlıların səsinə səs verə biləcək insanlarla əvəz olunmalıdırlar.
Bu gün əyləşdiyimiz masa arxasındakı insanların hər biri Azərbaycanın müxtəlif bölgələrindən olsalarda (Naxçıvan, Cənub bölgəsi, Qərbi azərbaycan və s...) onları birləşdirən bir amal bir məqsəd bir sevgi var idi, VƏTƏNPƏRVƏRLİK xalqın sevgisi, millətinə dəstəy olmaq istəyi, dövlətinə təmənnasız xidmət edən ordu əsgərləri. Bəli məhz əsgər, hər birimiz bir sahənin əsgəriyik. Və xidmətimizin qüsursuz olması isə millətimizi sevməyimzdən irəli gəlir.

Allah bu yolda çalışan insanları yormasın və yardımçısı olsun.
Hər zaman olduğu kimi Ümummilli liderimizin söylədiyi müdrik kəlamı xatırladım.
"Mən fəxr edirəm ki, mən azərbaycanlıyam."

Almaz İlahə Əhmədova

Oxunub: 587
Oxşar xəbərlər
SON XƏBƏRLƏR