dini radikalizm və ekstremizmlə mübarizə

DAHA BİR MÜHARİBƏ VETERANI VƏFAT ETDİ

DAHA BİR MÜHARİBƏ VETERANI VƏFAT ETDİ

Hələ qızğın döyüş gedir,
düşmən tamam basılmayıb.
Qından çıxan qılıncımız
öz yerindən asılmayıb.
Tanrı qıymaz belə gündə
Ölüb çıxasan aradan-
Mən ölmərəm bu yaradan...
(Elxan Xəzər)

Amma daha bir savaş qəhrəmanımız vəfat etdi. Müharibə veteranı Səfixan Bayramov öz facebook səhifəsində kədərli bir xəbər paylaşıb: "Döyüşçü - şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Daxili Qoşunlar Veteranlar Şurasının üzvü, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sabunçu rayonn şöbəsinin sədri, dəyərli dostum, Vətən oğlu Elxan Xəzər vəfat etdi.

Həmişə əsərləriylə düşüncəmizdə, xatirələrinlə qəlbimizdəsən, əziz insan!"

Daxili Qoşunların istefada olan polkovniki, müharibə veteranı, yazıçı Zahid Teymurov da mərhumun xatirəsini bu sözlərlə anıb: "Elxan Xəzər şərəfli döyüş yolu keçmış zabitdir. Qəzetlə əlaqədar məsləhətləşməni istiqaməti üzrə rəhbərlə yox, qərargah rəisi ilə aparırdı.

Allah rəhmət eləsin! Mübariz ruhu bizi rahat buraxmasın, daima döyüşə səsləsin".

AVMVİB Rəhbərliyi mərhuun yaxınlarına dərin hüzlə başsağlığı verir və Allahdan rəhmət diləyirlər.

Məkanı cənnət olsun!

E. Səlim
[center]
[/center]

Oxunub: 505
Oxşar xəbərlər
SON XƏBƏRLƏR