dini radikalizm və ekstremizmlə mübarizə

Xeyirxah və təəssübkeş şəxslər


Ölməz Sənətkarımız Hüseyn Cavidin nəşinin Uzaq Sibirdən çətinliklə də olsa gətirən və həmin qrupa rəhbərlik edən ehtiyyatda olan polis polkovniki, ictimai xadim, dövlət qulluqçusu, təqaüdçüsü , dosta sədaqətli , dürüst şəxsiyyət Həmid Cəfərovla hər dəfə görüşümüzdən
zövq alırıq .
Polkovnik Sucəddin Abdullayev ,tarixçı ,yazıçı , hüquqşünas Faiq Abdullayev, geofizik Məhəmməd Məmmədov və bu sətirlərin müəllifi tez- tez çay süfrəsi ətrafında şirin söhbətlər edir, köhnə tariximizi, keçmişimizi yada salır, tarixi şəxsiyyətlərin insani keyfiyyətlərindən danışır , bir - birimizlə fikir mübadiləsi edirik.
Həmid Cəfərovun müdrik və nəsihətamiz söhbətlərindən zövq alırıq.
10 ildən çoxdur ki, arxiv sənədləri əsasında 1920-23 cu illərin açılmayan tarixinə işıq saçan və dövlət arxiv idarələrindən minlərlə arxiv sənədlərini aşkar edərək , tozlu , saralmış qovluqları araşdıraraq ,o dövrün tariximizi yanlış yazan bir çox alimlərimizin kitablarını puç edən və tutarlı faktlara söykənərək dəyərli kitablar yazmış Faiq Abdullayevin məntiqli, cəsarətli söhbəti hər birimizdə qürur hissi oyadır.
Zəngəzurun və Qarabağın fövqəladə komissarı olmuş xalq qəhrəmanı Aslan bəy Sultanovun misilsiz xidmətlərini xalqa çatdırmaq hər bir qələm sahibini düşündürməlidir.
Tarix unudulmur. Nehrə çalxalandıqca yağ bir tərəfə , ayran bir tərəfə ayrılır və gerçək tariximiz üzə çıxır.
Onu da qeyd edim ki, polkovnik Sucəddin Abdullayevin xidmətləri də təqdirəlayiqdir.
Qəzetimizin növbəti sayında şəkildə gördüyünüz bu vətənpərvər insanların xidmətlərindən daha geniş söhbətlər açacağıq

Rauf İlyasoğlu

Oxunub: 556
Oxşar xəbərlər
SON XƏBƏRLƏR