dini radikalizm və ekstremizmlə mübarizə

Təbrik edirik


Hər kəs bu həyatda atdığı addımla, gördüyü işlə, savadı və bacarığı ilə tanınar. Kimi öz işinin profesionalı olar, kimisi sadəcə gün keçirmək üçün çalışar. Kimisi həyatına adını soyadına ləkə vurmadan hər bir əziyyətə qatlaşaraq sevib seçdiyi peşədə şərəflə çalışar. Kimisi üçünsə bunların heç bir əhəmiyyəti olmaz.
Bilirsiz ki, mətbuat sahəsi çox çətin bir sahədir. Mətbuat hər sahədən üz tutana qucaq açır. Asan qazanc yolu bilərək gələnlərin işi çox uzun ömürlü olmur. Mən həmkar dediklərimə hörmətlə yanaşdığım insanlardır. Ruhiyyə xanım da hörmət və dəyərə layiq bir xanımdır. Hər zaman böyük-kiçiyin yerini bilən, haqq sözü deməkdən çəkinməyən bir qələm sahibidir.
Bu gün XəbərExpress.az saytının təsisçisi və baş redaktoru həmkarım Ruhiyyə Ələkbərova -nın ad günüdür, onu bu münasibəti ilə öz adımdan və djb.az -ın əməkdaşları adından ürəkdən təbrik edirəm. Ruhiyyə xanıma ən başlıcası can sağlığı, işlərində müvəffəqiyyətlər və qadın xoşbəxtliyi arzulayıram

Almaz İlahə

Oxunub: 591
Oxşar xəbərlər
SON XƏBƏRLƏR