dini radikalizm və ekstremizmlə mübarizə

22 YAŞINI CƏNNƏTDƏ QEYD EDƏN ŞƏHİDİM


Yenə də üz qara olmuş fələkdəndi narazılığım.Ölkəmiz müharibə şəraitində olan gündən bu günə kimi minlərlə can aldı. Beləcə fələklə düşmən oldum. Evlər yıxdı, ocaqlar söndürdü, anaları ağlar qoydu, qız gəlinimi yarına həsrət bıraxdı, körpələri ata üzü görməsən boya başa çatdı. Hələdə canlar almağa davam edir. Deyəcəksiniz o almır canı alan alır ay Almaz xanım axı siz bilirsiniz.
Doğrudur amma mən hər zaman zalim fələyə üz tutdum. Gənclərin ölümü ilə barışmasamda alışmadım. Hər bir dəfn olunan bir gənclə bir ailə dəfn olunur. O ailələrin heç zaman sevinci bütöv olmaz. Xoşbəxtlikləri yarımçıq olar. Gülüşləri isə saxta. Dəfn olunan övladla, qardaşla, yarla dəfn olunar arzular.
Bu gün dəfnindən 3 il keçən Şəhidimin doğum günüdür. Onu oxucularımında tanımasını istəyirəm.
Əslən Cəbrayıl rayonundan olan Mahmud İbrahimov 1997-ci ilin 3 sentyabr günündə Xırdalan şəhərinin Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olub. O, Yunan roma güləşi ilə məşğul olurdu nailiyyətləri və saysız hesabsız diplomların, fəxri fərmanların medalların sahibi idi. Amma mənfur düşmən onunda arzularını yarıda qoydu.
Mahmud İbrahimov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 9-u isə Mahmud İbrahimov doğulduğu Xırdalan şəhərinin Abşeron rayonunun Mehdiabad qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılmışdırlar. İbrahimov Nahmud uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Mahmud İbrahimov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
P.S. Bu gün şəninə Vətənsevərlər yığışmışdı Şəhidim. 22 yaşını təbrik etmək üçün şəhid anaları gəlmişdi. Bu o, analar idi ki qəlblərində övlad həstəti daşıyırdıllar. Bu o, analar idid ki, valideyinlərinlə dərd ortaqları idi.
Səni sevənlər bir araya toplansada sənsizlik acısı səni sevən hər kəsin simasında özünü biruzə veriridi. Atanda, ananda gələn qonağların qayğısına qalmağa çalışırdılar. Amma gözlərindəki həsrət, intizarıi gizləyə bilmirdilər. Ehsan süfrəsindən sonra dəfn olunduğun məzarlığa üz tutduq, mənzil başına yetişdikdə ananın fəryadına dözmək olmurdu. Soyuq daş evindəki əksin sanki insanla danışacaqdı.
- Mənə elə baxma Mahmud deyərək ana fəryad etdi. Bu gün gələn qonaqların üzərinə düşən missiya orda bitdi. Hər kəs evinə döndü, evinə xatirələrlə, həsrətlə dönən isə bir tək səni sevənlər oldu Şəhidim.
Ruhun şad məkanın cənnət olsun qəhrəmanım.

Almaz İlahə



Oxunub: 620
Oxşar xəbərlər
SON XƏBƏRLƏR