dini radikalizm və ekstremizmlə mübarizə

Ruhun şad olsun şəhidim


Doğum gününə nə təbriki deyim ki, sənin qəlbini sevindirim Şəhidim? Görəsən siz şəhidlərin ruhunu sevindirəcək nə ola bilər? Bu haqqda çox düşünmüşəm inanın sözlərin acizliyini bir tək sizdən yazanda anlamışam. İnanın səmimiyyətimə Sizdərin qəhrəmanlığından yazmağa qələm də, ağ kağızda utanır.
Amma bizi üzərində gəzdirən torpaq hələki bizləri daşıyır. Bir gün ya biz onu düşməndən azad edəcəyik, yada o ikiyə bölünərək bizi yer üzündən siləcək Şəhidim.
Sənə rahat yat deyə bilmirəm bilirəm rahat deyilsiniz. Rəbbimin cənnətindəsiz amma rahat deyilsiniz. Bir gün uğurunda canınızı qurban verdiyiniz torpağın azad olması xəbərini alarkən rahat uyuyacaqsınız.
Firdovsi Bağırzadə 1 sentyabr 1996-cı ildə Yardımlı rayonunun Bərcan kəndində anadan olub.
Əsgər Firdovsi Bağırzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.
Aprelin 9-u isə Firdovsi Bağırzadə doğulduğu Masallı rayonunun Güllütəpə kəndində son mənzilə yola salınıb Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılmış və əsgər Bağırzadə uğrunda şəhid olduğu torpağa tapşırılmışdır.
Firdovsi Bağırzadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Həmin ilin mayın 18-də əsgər Firdovsi Bağırzadənin xatirəsinə əbədiləşdirmək üçün Masallı rayonunun Güllütəpə kəndində olan küçələrdən birinə onun adı verilmişdir.

Almaz İlahə

Oxunub: 694
Oxşar xəbərlər
SON XƏBƏRLƏR