dini radikalizm və ekstremizmlə mübarizə

Milli Məclisin deputatı Adil Əliyevə Bir sentyabr Modern.az Xəbər Agentliyi 10 illiyini qeyd edəcək.


Milli Məclisin deputatı Adil Əliyevə

Bir sentyabr Modern.az Xəbər Agentliyi 10 illiyini qeyd edəcək. Bu münasibətlə millət vəkilləri arasında sorğu təşkil edirik.

On il ərzində cəmiyyətə dəqiq və qərəzsiz informasiya çatdırmaq üçün hadisələri fərqli aspektlərdən işıqlandırmağa çalışdıq. Jurnalistikanın etik və şəffaflıq prinsiplərini hər zaman üstün tutaraq xidmət etməyə səy göstərdik.

Ötən müddətdə edə bilmədiklərimizi, nəzərdən qaçıraraq müəyyən qədər diqqətdən kənarda saxladıqlarımızı məhz Sizin – millət vəkillərinin gözü ilə ictimaiyyətə çatdırmaq niyyətindəyik.

“Sizcə, 10 il ərzində daha nələr edə bilərdik?”

Bir neçə gündən sonra Modern.az xəbər agentliyinin 10 yaşı tamam olacaq. Əvvəla, Modern.az hamımıza doğma saytdır. Ən maraqlı yazıları, qalmaqallardan uzaq informasiyaları Modern.azda oxuyuruq. Başda Elşad Eyvazlı olmaqla, bütün kollektivi ürəkdən təbrik edirəm. “Sükanı belə saxlayın” deyirəm.
“10 il ərzində daha nələr edə bilərdik” sualına gəlincə, yola saldığınız 10 rəqəmi sizə nə kiçik, nə də böyük görünsün. Heç nə gec deyil. Qarşıda daha gözəl illər var. Yenə də yüksək templə, ictimai-siyasi mədəni həyatda mövcud olmuş və olacaq hadisələri silsilə yazılar formasında oxuculara təqdim etməyə çalışın.

Bir töhvə kimi, sizə daha çox ölkəmizlə bağlı, “dünya çaplı görüşlərin, tədbirlərin, hadisələrin barəsində, araşdırma-analitik” (köşə) yazılarının hazırlanmasını və oxuculara təqdim edilməsini arzu edirəm.

İnformasiyanın təqdim edilməsindən çox şey asılıdır. Unutmayın ki, oxucunun zövqünün də necə formalaşdırılması sizdən asılıdır. Uğurlar, əziz modern.azçılar!

10 yaşlı “Modern”in gələcək uğurlarına töhfə verməkdən dolayı zamanınızı ayırdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

Oxunub: 602
Oxşar xəbərlər
SON XƏBƏRLƏR