dini radikalizm və ekstremizmlə mübarizə

O EVDƏN DEYİL, ELDƏN GETDİ


Hər bir insan üçün ayrılan bir ömür payı var. Kimisi bu ömür payını tək özü üçün yaçayaraq sərf edər, kimisi bu ömür payını hər kəs üçün xərcləyər.
İnsanları yoxluğundan sonra beləcə əməli ilə xatırlayarlar, kimisi yoxluğundan sonra rəhmət, kimisi isə lənət qazanar.
Bu ömür yolunu rəhmət qazanan, rəhmətlə yola düşən və rəhmətlə xatırlanan insanlarda var, belələri olub və olacaq.
Bu gün oxucularıma Onlardan birindən söz açmaq istəyirəm.
Gedişi ilə qəlbləri yaxan, sevdiklərini gözü yaşlı qoyan hələdə getdiyi yoldan geri gələcəyinə inanaraq gözləyənlər var.
İnsan övladı zatən sevdiklərinin yolunu hər zaman gözlər. Amma hər yol yolçusu geri dönərmi??? Elə yol var o yolu gedənin geri gəlməyə üzü olmaz, elə yol var ki, gedənin geriyə yolu olmaz, elə gediş var ki, o yolu kimsə getməz onu sadəcə apararlar... Bax bu gedişin geriyə dönüşü olmaz! Buna baxmayaraq dərk etsəkdə yenədə gözümüzü yollara dikərək gedənimizi gözləyərik.
Məhz bu dönüşü olmayan yolun hər kəs yolçusu olacağı üçün, dünyanın yalançı şan şöhrəti, var-dövləti sizləri aldatmasın. O axirətimiz üçün yalnız əməlimiz bizim xilaskarımız ola bilər.
Üzeyir qardaşında əməlləri Onu hər kəsə sevdirdi. Uşaqla-uşaq oldu, böyüklə-böyük oldu.
Hər kəsə yanaşmasında insanlığın aliliyi görünürdü. Onun haqqında yazsam da bu günlər ərzində hey tərəddüd içində qaldığım bir anda sosial şəbəkədə Nigar Nəsənlinin əmisi haqqında yazdığı ürək parçalayan fikirləri məni biganə qoya bilməzdi. Nigar əmisinin gedişi ilə uşaqlığının getdiyini vurğulayır. Bu isə böyük saf bir uşaqlıq xatirəsinin sonunun gəlişi ilə bir daha onun necə gözəl insan olduğuna dəlalət edir.
Onunla tanışlığımız 6 ay idi ilk görüşümüz qardaşının bircə balası Pərvinin evində oldu. Qızı ilə birlikdə gəlmişdi, söhbət əsnasında xəstə olduğunu eşitdim. Beləcə tez-tez Naxçıvandan Bakıya sağlamlığı ilə bağlı yoxlamalara gəlirdi. Bu az zaman kəsiyində tanıdığım Üzeyir qardaşın ciyər parəsi Vəli müəllimin qardaşı üçün canından belə keçə biləcəyinin şahidi oldum. Çox mehriban ailədilər düşündüm iki qardaş bir bacı. Hər biri can parəsi, ata, ana yadigarı. Amma bu ölümlü itimli dünya pəncərəsinə hər baxan gələr gedər. Üzeyir qardaşın da bu pəncərədən baxıb keçmə zamanı bitdi. Və özündən sonra Vəli qardaşına böyük bir məsuliyyət qoyaraq getdi.
Ailəsini, övladlarını toyunu görmədiyi yeganə oğlunu qardaşına əmanət etdi.
Fələy Həsənovlar ailəsinə də belə bir oyun oynadı. Necəki hər birimizə bir dağ vüraraq silinməyən izini bir möhür tək ürəyimizə tuşlayır. Üzeyir Nəsənov bir tək öz evindən deyil O, bir eldən getdi. Elin oğlu olmağı isə hər kəs bacarmaz. Eldən gedəni isə bir tək öz evi deyil eli-obası ağlar. Üzeyir qardaş eldən gedən oğullardan biridi.
Gedişi qardaşına nə qədər ağır zərbə vursada Vəli müəllim dünya görmüş ağsaqqallardan biridir. O, bilir ki bu dünya müvəqqətidir, zaman gələndə hər kəs axirətdə əməllərinə görə cənnətlə müjdələnərkən sevdiklərinə qovuşacaq. Məhz bunun üçün yaşamalı ona ehtiyacı olan insanları tək qoymamalı, qardaşı Üzeyirin yarımçıq qalan arzularını həyata keçirməlidir.
P.S. İndisə sözümlə Vəli müəllimə müraciət edirəm.
-Vəli müəllim bu həyatda sevilənlər ölmürlər . Sevilməyən insanlar yaşasa belə dəfn olunmamış ölülərdir. Qəlblərdə, fikirlərdə, cümlələrdə xatırlananlar isə bu dünyada sevdikləri ilə olmasalar belə hər zaman yaşayacaqlar. Məhz Üzeyir Həsənov kimi xatirələrdə əbədi sevdikləri ilə birgə olacaqdır.
Allah sevdiklərinə səbr versin. Üzeyir qardaşın ruhu şad, məkanı cənnət olsun.
Həsənovlar ailəsinə dərin hüznlə başsağlığı verirəm.


Almaz İlahə

Oxunub: 677
Oxşar xəbərlər
SON XƏBƏRLƏR