dini radikalizm və ekstremizmlə mübarizə

AQİL ACALOV TƏBRİK EDİR


Mədəni, sosial, humanitar, idman və bir çox sahələrdə Azərbaycanın 1-ci xanımı gördüyü işlər, uğurlu fəaliyyəti nəticəsində ölkəmizə qazandırdığı yüksək imic hər birimizə məlumdur.
Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin kollektivi və şəxsən öz adımdan Mehriban xanıma təşəkkür edirəm ki, çoxşaxəli fəaliyyəti istiqamətində idmanın inkişafına da hər zaman xüsusi diqqət ayırıb. Azərbaycan Gimnastika Federasiyasının prezidenti, MOK İcraiyyə Komitəsinin üzvü kimi ölkəmizin adını, idman ənənələrini, uğurlarımızı bütün dünyaya göstərdi.
Azərbaycan Respublikasının 1-ci vitse prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev və Azərbaycan Mədəniyyəti Fondunun prezidenti Mehriban xanım Əliyevaya bütün sahələrdəki fəaliyyətində uğurlar arzu edir, doğum gününü təbrik edirəm!
Zəriflik, incəlik, xanımlıq etalonlarının ən gözəl nümunəsi olan əsl Azərbaycan xanımına, ölkəmizin 1-ci xanımına ən xoş diləklərimlə...

Hörmətlə,




Aqil Acalov
Avrasiya Kombat Ciu-Citsu Federasiyası və
Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti

Oxunub: 567
Oxşar xəbərlər
SON XƏBƏRLƏR