dini radikalizm və ekstremizmlə mübarizə

Fəridə Nizamiqızı yazır..Şəhidlərimiz və qazilərimiz mənim namusumdur...Fizuli Məmmədov isə...


Son günlərdə iş adamı Fizuli Məmmədov haqqında yazılanlara biganə qala bilmədim. Ən azından nəzərə alaq ki,Azərbaycanın xaricdə yaşayan iş adamları çoxdur..Lakin vətəninə,xalqına,xüsusi ilə qazi və şəhid ailələrinin yanında olmağa çalışanlar demək olar ki, çox azdır. Füzuli Məmmədov o kəsdir ki, bəzi media nümayəndələrinin "Allahdan buyruq ağzıma quyruq "niyyəti ilə yaşamaları,başqalarının bostanına daş ataraq özlərini piar etmələrinə şərait yaratmaları üçün canını qoymuş şəhidimin ailələrini və yarı can olmuş qazilərimi imkanı daxilində diqqətində saxlayaraq qayğısını əsirgəməmişdir.Bunu etməyədə bilərdi...digərləri kimi... Bu öz yerində...indi gəlin nəzər salaq sağlamlıq və canını fəda etmiş qazilərimizə edilənlərə tamah salan bəzilərinə...elə açıq desək özünü jurnalist adlandıran lakin jurnalistikanın vəzifələrindən bixəbər olanlara....yox mən onlara jurnalist deyillər demirəm lakin əməlləri onıarın özlərini yalan çıxardır... İlk növbədə jurnalist külək olmamalıdır....təmənna güdərək mədəni dilənçilik etməməlidir. Birdə axı diplom,mükafat davası edən nece vicdanlı,qərəzsiz ,xalqına xidmət edə bilər? Bu tip insanlar "xidmət" sözündəki "X" hərfindən belə xəbərsizdirlər.. Onun üçün Füzuli Məmmədov və onun kimi xalqa xidmət etməyə çalışan oğulları o tip insanlar anlamazlar...bir məsəl var "kor hamını kor bilir." Belədə ki sözü fedən iş adamı Azərbaycanda millət vəkili olmaq isdəyirsə burda qəbahətli nə var? Azərbaycanda heç deyilsə qazi və şəhidini düşünən məmurların olması pisdir? Lap tutaq ki,sözü gedən şəxsin qaranlıq keçmişi var,Birdə öz keçmişinə nəzər salsa bunu yazanlar daha gözəl olmazmı? Keçmişi olmayan insanın gələcəyi olmaz.Əsas odur keçmişin səni bu günə gətirib çıxara bilib.Bataqlıq keçmişi olan bu gün ölkəsini ölkə hüdudlarından kənarda təmsil edə bilməz. Məhs elə bəzi dil pərgarı qələm sahibləri kimi. Bu kimi yazarların qapalı keçmişinidə açmaq çətin deyil...lazım olarsa növbəti yazımızda əsaslı sübutlu buna həsr edərəm. Xüsusi olaraq qeyd etmək istəyirəm ki,Sözü gedən iş adamı Fizuli Məmmədovla heç bir şəxsi tanışlığım yoxdur.Lakin ona qarşı yazılan yazıya bu vətənin övladı kimi etinasız qala bilmədim.Mənim şəhidim,mənim qazim mənim namusumdur.Hər nə olur olsun şəhid ailəsinə və qazilərimizə olunanlara tamah salana isə .....nə deyim bilmirəm.şərhi sizə buraxıram.

Oxunub: 732
Oxşar xəbərlər
SON XƏBƏRLƏR