dini radikalizm və ekstremizmlə mübarizə

Qəlblərdə yaşayan Oqtay Rza


Azərbaycan ədəbiyyatina agır itki üzv vermişdir .
Ustad sənətkarımız, əməkdar müəllim, ADPU də yarım əsrə qədər bir dövrdə dosent, baş müəllim vəzifələrində ləyaqətlə, vicdanla çalışmış , geologiya minerologiya üzrə fəlsəfə doktoru, Rubailər karvanı ilə qəlblərə yol açmiş gorkəmli şairimiz Oqtay Rzanın vəfat etməsi xəbəri bütün dostları çox kədərləndirdi. Neçə arzuları, yazıb yaratmaq həvəsi ürəyində qaldı.
İki həftə əvvəl rəhmətliklə bir neçə mərasimdə bir yerdə olmuşduq. Çağırılan tədbirlərdən qalmazdı. Oqtay Rzanın cəbhə bölgələrində əsgərlər qarşısında necə alovlu çıxışlarının şahidi olmuşuq . Yaxşi yadımdaydi. Tədbirin təşkilatcılarından Fəsih Alıiğlu ilə birlikdə o illəri indi də xatırlayırıq.
Mərcan Sahbuzlu bizi Oqtay Rza və Vəli Əliyevlə birgə Altıagaca dəvət etmişdı.
Məlahət muəllimə gilə qonaq getmişdik. Məlahət muəllimənin ömür - gün yoldaşı Baba Şükurov bizi avtomobili ilə səfali yerləri gəzdirdi. Rəhmətliklə Xizi dağlarını, bulaqlarını gəzib xoş xatirələrlə qayıtmışdıq. Hər dəfə nəşriyyatda görüşərkən o gözəl günləri xatirlayar və
deyirdi ki Rauf, tezliklə Rubailərim çap olunacaqdir.
Sizə də bir bənd şeir həsr etmişəm.
Qələm dostlarının xasiyyətinə, qabiliyyətinə uyğun şeir yazardi .
Vətənpərvər şair idi . 1992 ci illərdə Oqtay Rzanın ürək ağrısıyla yazdığı
Qaçqın şeiri kohnə qəzetlərdən əlimə kecmişdi. Çap etdirmişdim, Xəbəri yox idi. Biləndə necə sevinirdi, İlahi .
-Rauf İlyasoğlu ! Siz mənim yadımdan çıxmış və nə vaxtsa yazdığım Qaçqın şeirimi hardan tapmısınız ?
Sizə bir qonaqlıq düşur, nə yaxşı , bu şeiri axtarırdım. Kitabıma
verəcəyəm - deyib dərin təşəkkürünü bildirmisdi. Şeirləri tez tez
Həkəridə çap olunurdu.
Oqtay Rzayla bağli xatirələrimi yazmaqla bitməz. İstər bayraq günundə, istərsə də mustəqillik və sair bayram günləri ərəfəsində Respublika qəzetində şeiri çap olunardı.
Baş redaktorun kabinetinə daxıl olan kimi Teymur Əhmədov onu mehriban, şirin çayla yola salardi. Səhər ona qəzetdə çıxan şeirlərindən ibarət dord - beş qəzet saxlayardım. Rəhmətlik deyərdi : İndi Teymur Əhmədə zənğ edim, sağ olsun şeirimi çap etdirib deyə sevincini böluşərdi .Çox kövrək qəlbə malik ziyalılarımızdan idi.
Qələm dostumuz Adil Cəmilin gözəl övladının yas məclisində yanaşi əyləşmişdik. Həkimlərimizin səhlənkarligından və naşılığından istedadli gənc sairimizi itirmisdik. Bir neçə şeirlər kitabı çap olunmuşdu. Kitabınin redaktoru idim.Oqtay Rzayla birlikdə Adil qardaşımıza təskinlik verib məclisdən çıxarkən cəsarətli jurnalist dostumuz Asif
Mərzilinin də anasının 40 mərasimi olduğunu biləndə ustad şair də bu ahıl çağında yas mərasiminə getmək istədiyini bildirdi. Rauf , sən o yeri tanıyırsan? Necə gedək ora?
Bir taksi əylədim və görkəmli sənətkarla Tural xeyir - şər məclisində iştirak etdik .
Oqtay Rza böyük nüfuz və hörmət sahibi idi.
Hər dəfə kohnə kişilərdən söhbət düşərkən iftixarla bir epizodu xatirlayardı və məni göstərib dostlara danışardı : "- 1968- 70 ci illər olardi. Kommunist qəzeti redaksiyasına gedərdim . Atan İlyas Allahvetdiyevlə gorüşərdim . O vaxtlar Kommunist qəzetinin boyük hörməti var idi . Səhər dostlarıma deyərdim ki bu gün bilirsiniz kimlə görüşmüşəm ? Mən Kommunist qəzetinin xüsusi müxbiri İlyas Allahverdiyevlə görüşmüşəm."- deyib çox sevinərdim.
Sən sağ ol ki atanın yolunu davam etdirirsən." Çox mehriban söhbətimiz alınardı. Hər kəslə tez ünsiyyət qurardı.
Oqtay Rza bizi cismən tərk etsə də onun əsərləri, mehriban simasi, xeyirxah əməlləri , duzlu məzəli söhbətləri hər zaman xatirırlanacaq və isıqlı ,güləruz ,solmayan bənizi qələm dostlarının xatirəsindən silinməyəcəkdir.
Allah sənə qəni- qəni rəhmət eləsin. Gozəl ziyalımiz . Ruhun şad olsun.

Rauf İlyasoğlu

Oxunub: 807
Oxşar xəbərlər
SON XƏBƏRLƏR