dini radikalizm və ekstremizmlə mübarizə

SÖZ VAR DAĞA QALDIRAR, SÖZ VAR DAĞDAN ENDİRƏR.


Dəyərli həmkarım yenə qələmi əlinə alıb yeri göyü yandırır. Mirismayıl Xələfi bir insanı qaraladısa demək ki, geri addım atmayacaq.))))
Amma bu dəfə ki, yazısına mənim də müxtəlif fikirlərim olacaq. Çox qısa və lakanik qeydlərimlə aşağıdakı mövzuda toxunduğu məsələlərə öz fikrimi bildirirəm.
1. Qeyd olunur ki, Fizuli Məmmədov siyasətə atılmaq istəyir.
Ay Miri burda nə pis əməl var. Kişi özün siyasətdə görürsə qoy arzusu həyata keçirsin, önəmlisi odur ki, mən bilən onun heç vaxt Azərbaycana zərəri gəlməyəcək.
2. Fizuli Məmmədovun Millət vəkili olması üçün müxtəlif addımlar atdığını bildirirsiniz. Bir insan özünü millət vəkili ğörmək istəyirsə burda da qeyri qanuni heç nə yoxdu. Məndə millət vəkili olmaq istəyirəm, hətta bildiyimə görə suzdə ... burda qeyri adi heç nə yoxdu. Milli məclisdə gecə-gündüz yatan Millət vəkillərindən pis olmayacaq. Çünkü kişi seçilənə kimi vədlər verəcək və onuda 5 il ərzində həyata keçirməyə can atacaq. İndiki zamanədə insanların problemlərin həllinin 70 % pul ilə həll olunursa bu insanda o maliyyə varsa demək ki əsl Millət vəkili olacaq adaydır. Kimisi özü üçün çalışır bu yazıq isə millət üçün çalışacaq. Niyə bu fikri yaxşıya yozmuruq?
3. Qeyd edirsiz ki, qazilərə ev verib.
Buna necə sevinməmək olar, Allah köməyi olsun. Biz bilirik bizim qüdrətli dövlətimiz var. Və dövlət başçımız qazilərimizin qayğısına qalır. İmkanı olan bir şəxs kimi Dövlətin büdcəsinə zərər vermədən qazilərə yardımçı olaraq isti yuva ilə təmin edibsə burda da bir qüsur yoxdur.
Bəzi məmurlar dövlətin malını yeyib talamaqla məşğul olur. Fizuli Məmmədovda isə öz maliyyəsini dövlətə dəstəy olmaq üçün addım atır.
4. Fizuli Məmmədov Frenk Alkaponiyə özünü bənzətməsini qeyd edursiniz. Alkaponi ləqəbini özü-özünə veribsədə burda da qeyri adi heç nə yoxdur. Hər kəs bir film qəhrəmanın sevə bilər, özünüdə ona bənzədə bilər bu o demək deyil ki, həmin insan kriminal aləmdədir və yaxud olacaq. Hətta elə olmuş olsa belə vallah kriminal aləmdə elə oğullar var ki oooooo....
5. İndi ən önəmli mövzuya toxunacam. Şəhid ailələri Azərbaycan xalqının ən həssa nöqtəsidir. Kimi şəhid ailələrin mitinqlərə çəkərək dövlətlə qarşıdırma yaratmaq istədi.. Kimisi şəhid ailəsi ilə özünü reklam etdi... kimisi... "N "qədər misal çəkmək olar. Amma şəhid ailəsinin qayğısına qalan kim oldu, yenə də dövlət və Vətənpərvər insanların onlara verdiyi dəstəy.
Fizuli Məmmədov şəhid ailələri ilə görüşübsə bu da onun vətəndaşlıq borcudur.
Seçilməsi üçün can qoyduğumuz hansı millət vəkili şəhid ailəsinin yanındadır? Barmağla sayılacaq qədər az millət vəkili var ki, şəhid ailəsinin problemi ilə maraqlansın.
P.S. Dəyərli həmkarım mənim Fizuli Məmmədov nə dostumdur, nə qohumum də ki, qardaşım.
Bu yazdıqlarımla onun tərəfini deyil Allah xatirinə fikirlərimi bölüşürəm. Kim ki, mənim xalqımın, millətimin qayğısına qalırsa mən o insanın haqqının tapdalanmasını izin vermərəm. Demirəm o, günahsızdır heç bizlərdə günahsız deyilik. Günahsız olan bir tək Allahdır. Biz bir-birimizdə səf axtarmayaq səf olan vandal ermənilər bizə yetər.
Siz Fizuli Məmmədovun həyata keçirmək istədiyi məqsədləri açıqladınız. Mən də eyniylə o məqsədlərin bu xalqa xidmət edəcəyinin pis bir nəticə olmayacağını vurğuladım. İkimizdə eyni sözü dedik siz neqotiv görüntülərlə, mənsə yaxşılığa vəsilə ola biləcək işlər görəcəyinə inanaraq. Demək xeyir və şər, mənfi və müsbət. Eyni fikirlər amma baxış ayrı. Burda atalar deyir: Söz var dağa qaldırar, söz var dağdan endirər. Amma bir bildiyim var. Hər kəsin uğuruna imza atan Allahdır, bunu heç kim unutmasın. Fizuli Məmmədovunda bir başqqsınında uğuru Allahın izniylədi. Kim olursan ol, hansı vəzifəni daşıyırsan daşı amma insanlığını itirmə. Mənim üçün önəmlisi budur. Mən məhz bu amal ilə yaşadım və yaşayacam. Pulu, imkanı və vəzifə səlahiyyəti olanlarda bunu unutmasınlar Allah istəməsə heç nəyə qadir olmazsınız. Fizuli Məmmədovun Deputatlıq Xülyası Və Qaranlıq Yaxın Keçmişi

Almaz İlahə.

Oxunub: 1 957
Oxşar xəbərlər
SON XƏBƏRLƏR