dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİD AİLƏSİNƏ BİGANƏ YANAŞAN MƏMUR CƏNAB PREZİDENTİN VƏ XALQIN DÜŞMƏNİDİR



Əziz dostlar və hörmətli əlaqədar təşkilatların rəhbərləri. Bu gördüyünüz mənzil 700 bal toplayaraq ali məktəb tələbəsi adını qazanan şəhidimiz Müşfiq Orucovun böyüyüb boya-başa çatdığı mənzildir. Bu oğul Azərbaycan dövlətinə yaralı bir gənc idi. Təhsilini başa vurmuşdu, İşləyəcəkdi ailəsinə valideyinlərinə dəstəy olacaqdı. O nə etdi???
Sizlər üçün, bizlər üçün canını qurban verərək şəhid oldu və valideynləri bizlərə əmanət etdi.
O, bizim rifahımız üçün vəzifədə əyləşənlərin balalarının rahat yaşaması üçün canını fəda etdi. Bizsə onun əmanətlərinə beləmi sahib çıxırıq? Valideynlərin yaşadığı evə baxın, bu durumda yaşayan şəhid ailəsi üçün kim utanmalıdır???
Mən , Sən ya Onlar???
Məncə ilk yaşadıqları rayonun rəhbərliyi , çünki şəhidindən və ailəsindən bixəbər onlardır. Bu yazıdan sonra desələr ki bilirik və lazım olan tədbir görüləcək mən bu nağıla inanmaram 3 ildə mənzil ilə təmin olunmayan şəhid ailəsi göz önündədir.
Yeni mənzillə təmin olunmaları üçün sosial şəbəkədə hər kəs bir nəfər kimi paylaşım etməsini xahiş edirəm. Mən əminəm ki, lazımı qurumların nümayəndələri bu fakta biganə qalmayacaqlar. Şəhid ailəsinə biganə yanaşan məmur cənab prezidentin siyasətinə xəyanət edir. Xəyanətkar olmasalar Ali Baş Komandanın şəhid və qazilərə, Qarabağ veteranlarına verdiyi dəyərdən örnək götürərdilər. Laqeyid yanaşanlar isə prezidentinin və xalqının düşmənidir!

Almaz İlahə

Oxunub: 587
Oxşar xəbərlər
SON XƏBƏRLƏR