» » ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib

ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib

ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib

ABŞ Ticarət Nazirliyi Ermənistan da daxil olmaqla bir neçə ölkənin özəl qurumlarına sanksiya tətbiq edib.

APA-nın məlumatına görə, Ermənistanda fəaliyyət göstərən "Markel" QSC və "Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu" QSC də sanksiya siyahısına daxil edilib.

"Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu" QSC Ticarət Nəzarət Siyahısına daxil olan maddələri ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Departamentinin lisenziyası olmadan əldə edərək ixrac edib. Eyni anda həm "Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu" QSC-nin icraçı direktoru, həm də "Markel" QSC-nin prezidenti olan şəxs sanksiyalar siyahısında olan İran təşkilatı ilə işgüzar münasibətlər qurub", - deyə sənəddə qeyd olunur.

Ümumilikdə, ABŞ Ticarət Nazirliyi "milli təhlükəsizliyə və ya xarici siyasət maraqlarına zidd hərəkət edən" 17 müəssisəyə sanksiya tətbiq edib.

Bu müəssisələr Ermənistan, Belçika, Kanada, Çin, Gürcüstan, Honkonq, Malayziya, Niderland, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniyada yerləşir.
Oxşar xəbərlər
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031