» » VƏTƏNPƏRVƏR ƏLİNİN AD GÜNÜ KEÇİRİLDİ

VƏTƏNPƏRVƏR ƏLİNİN AD GÜNÜ KEÇİRİLDİ


09.07.2019 cu il tarixində Djb.az xəbərlər və informasiya portalının rəhbəri Almaz İlahə Əhmədovanın təşkilatçılığı ilə Binəqədi rayonunun 182 saylı tam orta məktəbin 6 ç sinif şagirdi Əli Hüseynlinin anadan olduğu gün ailə çevrəsində keçirildi. Onun sevincinə Qaradağ rayon Millət vəkili Aydın Hüseynov, xalqının, dövlətinin xidmətində duran Ələsgər Həkimov, fəxrimiz və qerur mənbəyimiz olan qazilərimiz Anar Məmmədli, Elməddin Rüstəmov, Ülvi Qədir, Elnur Ələkbərov, Bəstəkar Yaqut Almaz, xəbəral.az saytının rəhbəri Mirismayıl Xələfli və doğmaları iştirak edirdilər.
Vətənpərvər Əli Hüseynlinin ad günündə iştirak etməkləri ilə kiçik qəlbli Əliyə və 5 yaşlı Zəhraya unudulmaz bir gün yaşatdılar.
Bu tədbirin keçirilməsində məqsəd Vətənpərvərliyi ilə bir çox uşaqlardan seçilən bacı, qardaşın vətən eşqi ilə çırpınan qəlbinin böyüklüyünü təbliğ edərək insanlara göstərməkdir.
Tədbirin sonunda Qaradağ rayon Millət vəkili Aydın Hüseynov keçirilən tədirdən məmnun qaldığını bildirdi və gələcəyimiz olan övladlarımıza göstəriləcək diqqət və qayğının geniş auditoruya qarşısında keçirilməsinin önəmli olmasını vurğuladı. Bu səpgidə keçiriləcək tədbirlərin gələcək nəsillərin vətənpərvər ruhda yetişməsində önəmli olduğunu bildirdi. Aydın Hüseynov Əli Hüseynliyə təqdim etdiyi kitablardan bəhrələnməyi tövsiyyə etdi və vətənpərvərlərlə xatirə rəsmi çəkdirdi.


Almaz İlahə






Oxşar xəbərlər
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031