dini radikalizm və ekstremizmlə mübarizə

Şəhidlər ölməzdir , vətən bölünməz


07 avqust Azərbaycanın Milli Qəhrəmanı Şəhid Ələkbər Həsən oğlu Əliyevin anım günüdür. Azərbaycanın vətənpərvər oğul və qızlari ilə birlikdə Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edərək şəhid qəhrəmanımızın anım günündə cəmi şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdik. Anma mərasimində igid eloğlumuzun ömur gün yoldaşı, oğul və qizları , nəvələri, bacı və qardaşları , ictimai birliklərin fəalları Qarabağ qaziləri və geniş ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Əslən Zəngəzur mahalının Qubadlı elində dünyaya gəlmiş şəhid Ələkbər Əliyev işğalçı erməni quldurlarına qarşı doyüşdə şücaət göstərmiş, və ərazi bütövlüyümüzü qoruyarkən igidliklər göstərərək 1992- ci ildə şəhid olmuşdur.
Tədbirdin təşkilatçıları Elnurə və Aygün İsgəndərova bacıları , Fred Asif Fondunun rəhbəri Qarabağ qazisi , dörd qardaşla birlikdə Qarabağın müdafiə olunmasında vuruşaraq iki qardaşı əlil olmuş və bir qardaşı şəhid olaraq Azərbaycanın Milli Qəhrəmanı adına layiq gorülmuş ( Asif Məhərrəmovun qardaşı ) , Ədalət Məhərrəmov , şəhidin silahdaşları vətənpərvər ruhlu çıxışlar etmişlər.
Sonra 1920-ci illərdə Bakıya hucum edən erməni quldurlarından paytaxtımıızı azad edərkən şəhid olmuş qəhrəman Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə önündə xatirə şəkili cəkdirdik, cəmi şəhidlərimizin ruhlarına dualar oxundu:
Şəhidlər ölməzdir, vətən bölünməz,
Şəhidlər ən yüksək zirvələrdədir,
Duyğusu olmayan bu hissi duymaz,
Şəhidlər əlçatmaz zirvələrdədir.

Rauf İlyasoğlu

Oxunub: 845
Oxşar xəbərlər
SON XƏBƏRLƏR