dini radikalizm və ekstremizmlə mübarizə

DİM: 57062 abituriyent ixtisas seçimi edərək ərizəsini təsdiq edib

DİM: 57062 abituriyent ixtisas seçimi edərək ərizəsini təsdiq edib

I qrup üzrə 15101, II qrup üzrə 10166, III qrup üzrə 17465, IV qrup üzrə 4082 abituriyent olmaqla, ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, V ixtisas qrupu üzrə isə 5163 abituriyent imtahanlardan məqbul qiymət alaraq ixtisas seçiminə buraxılıb. Bundan əlavə, 14615 subbakalavr ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçib.

6 avqust saat 10.45-ə olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 57062 abituriyent (o cümlədən 10915 subbakalavr) ixtisas seçimi edərək ərizəsini təsdiq edib. 593 elektron ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.

Xatırladaq ki, ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmuş abituriyentlər də məlumdur. Bu il 3 nəfər incəsənət, 3 nəfər dünya fənn olimpiadası, 22 nəfər respublika fənn olimpiadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan Internatıonal Baccalaureate təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olunub.

SAT imtahanının nəticələrinə əsasən 104 abituriyent ADA Universitetinə qəbul olunub.

Bundan əlavə, I ixtisas qrupu 139 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 128 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Oxunub: 469
Oxşar xəbərlər
SON XƏBƏRLƏR