dini radikalizm və ekstremizmlə mübarizə

15 yaşlı Samir Tiqana Azərbaycanın ən gənc döyüşçüsü.


Ürəyim çox narahat oldu. Aminə ananın sözlərini dinlədikcə qəhərləndim ,taqətim tükəndi ,gücüm bitdi,gücsüz oldum.Amma Fəxr və qürur hissi duydum şəhidimiz Samir Tiqananın bu bu gənc yaşında səngərdə düşmənlə üz -üzə silaha sarılaraq igid , qəhrəman döyüşçü kimi döyüşməsinə. Ön Cəbhədə göstərdiyi şücaətinə və əzmkarığına görə onunla bir daha fəxt etdim .Ananın gözlərinin dərinliyində acı niskilli ,qəm -kədər dolu baxışlarıyla ,Sanki Samirimi mənə gətirin valvarışıylarının qarşısında ona necə kömək edəcəyimi bilmirdim. Axı...Samir Tiqana bir ovuc torpaq deyil ki,anası istədikdə ona hədiyyə edim. Torpaqdan pay olmaz ,Torpaq yalnız vətəndə yaşıyan vətəndaşlarındır.
Amma yaxşı düşünsək bəli məhz bu torpaqlarımız uğurunda Azərbaycanımızın neçə -neçə cəsur ,qəhrəman oqullarımız şəhid oldular. Torpaq uğurunda ölən varsa Vətəndir.Niyədə axı tanımayaq Azərbaycan torpaqları uğurunda canını sipər edib ,son damlaya qədər vuruşub qəhrəmanlığ şücaəti göstərən Aminə ananın oğlu Samir Tiqananı.Aminə ananın bizdən bir istəyi var.Mənim şəhid oğlum Samir Tiqananın Qəhrəmanlığını tanıdın bütöv Azərbaycana .Qoy
gənc nəsil örnək alsın bu qəhrəmanlarımızla.
Sözlərinin sonunda Aminə ana onun hər zaman yanında olan ,ona kömək edən ,onunla maraqlanan onun oğlunun adı şəhid kimi heç bir yerdə çəkilimiyən bu işdə ona dəstək olan, Seyid Elman Əsədullayevə öz dərin təşəkkürünü bildirdi. bildirdi ki,Seyid Elman sayəsində indi bütün Azərbaycan Şəhidimiz Samir Tiqananı tanıyacaq.

Əgər doğrudanda biz şəhidlərimizin ruhunu şad etmək istiyiriksə ,onların tarixdə adlarının əbədiləşdirilməsinə var gücümüzlə çalışmalıyıq.
Quranə Kərimdə deyildiyi kimi,Şəhid olanları heç vaxt ölmüş zənn etmə.
Tarixi keçmişimizi unudulmağa qoymayan Şəhidlərimiz var bizim.

Samir Əliyevə Samir Tiqana ləqəbini məşhur fransız futbolçu Jan Tiqanaya oxşaraq vermişdilər.Samir Tiqana uşaq yaşlarınnan futbolu çox sevərdi.Çevikliyinə və zahirən bənzərliyinə görə onu dostları bu adla çağırardılar. Əsl Adı Samir olan bu qəhrəman 1977 -ci i iyunun 9-u Cəbrayıl rayonunun Qaraçallı kəndində dünyaya göz açmışdı.Samir Tiqana yeniyetmə yaşlarına çatanda Qarabağ müharibəsinin artıq çağları idi.Samir Tiqananın yaşadığı rayonu artıq təhlükəli anlar gözlüyürdü.Samir Tiqana Cəbrəyılda düşmənnən müdafiə olunmaq üçün könüllülərdən ibarət xüsusi yaradılan dəstəyə qoşulur.Cəsarəti ilə fərqlənən bu 15 yaşlı bu uşaq rayonun müdafiəsində dayanan hərbiçilərin yanına gedər və onlarla həmsöhbət olar ,döyüşə girmək üçün onlarla çox zaman mübarizə aparardı ki ,mənə icazə verin heç olmasa burada sizə yardım edim.Səngərlərə ayaq açan Samir Tiqana bir müddət sonra əməlli başlı döyüşçüyə çevrilir.O,zaman yaşıdları məktəbdə parta arxasında müəllim qarşısında əyləşəndə Samir Tiqana səngərlərdə düşmənin gülləsi önündə dayanardı.
O,çox hələ çox gənc yaşlarınnan 11-14 yaşlarındaykən dəfələrlə evdən qaçaraq döyüşə gedən əsgərlərə kömək edərdi.Yaşının kiçik olduğunnan ,Dəfələrlə kamandirlər tərəfindən qovulardı .Sən hələ çox kiçiksən olmaz sənə bura gəlmək.Hətta onu ailəsi mıcbur bir müddət rayonnan uzaq qalmaq üçün Bakıya gətirirlər.
Bu dəfədə Samir Tiqana heç nəyə baxmayaraq ,mən burada qala bilmirəm.Vətən məni çağırır deyərək ,qaçır cəbhə bölgəsinə.

1992-1993- cü illərdə çəkilmiş Vidio kasetlərin birində Cəbrayıl rayonunda aktyorlar Həsən Turabovla Rasim Balayev əsgər toyunda iştirak edirlər.Hərbi geyimdə olan Samir Tiqana bu toya dəvət almışdı.Bu gənc hərbi geyimli döyüşçü hamının nəzərlərini özünə cəlb edir.Aktyorlar Samirin Tiqana toyda əl götürüb oynarkən onun başının üzərinnən pullar səpirlər və onun ünvanına xoş sözlər söyliyirlər.Toyda mikrafonlar Həsən Turabov Samir Tiqanaya belə bir sual verir:
-De görüm ,necə oldu ki ,məktəbi atıb döyüşə getdin?
Samir suala belə cavab verir:
-Cəbrayılın bu dar günündə rahat otura bilməzdim.Ərizə yazıb öz xahişimlə məktəbdən çıxdım.
Həsən Turabov:
-Döyüşdən qaçanlara nə deyərdin?
Samir Tiqana :
-Deyərdim ki,ar olsun məndən utanın .
Samir Tiqana 1992 -ci il döyüşə girərkən 15 yaşı var idi.Yaşı kiçik olduğunnan onu döyüş meydanına buraxmaq istəməsələrdə Samir tiqanananın təkid və israrıyla Kamandir onu qəbul edir.Xəlvətdə döyüşən əsgərlərə bərk -bərk tapşırır ki,Samir Tiqanaya nəzarət etsinlər .Nə güllə nə mərmi səslərinin tükürpədici vıyıltılarına əhəmiyyət verməzdi. Onu heçnə qorxutmur.Döyüşlərin ən ağır vaxtlarında əsgərlərin yanına gələr onlara kömək edərdi.Onlara su daşıyar ,Patron daşıyar,yaralıların imdadına çatardı.
Samir Tiqana çox yalvar yaxardan sonra bu dəfə kəşfiyyata çıxan əsgərlərə qoşulub düşmənim beş addımlığına qədər gedib çıxmışdı.Və bu gediş son oldu.
Samir Tiqana 1993-cü il avqust ayının 15-də Banazur ətrafında gedən döyüşlərdə əlinə avtomat alıb son nəfəsinə kimi düşmənlə vuruşdu və şəhid oldu.
Qaraçallı kəndində döyüş yoldaşlarının ,
dostlarının ,hamının ən gənc döyüşçü kimi yaddaşlara həkk olundu.
Samir Tiqana döyüşdə qəhrəmanlıq şücaəti göstərərək adı dillərə dastan olur .ALLAH cəmi şəhidlərimizə rəhmət etsin ,yerləri cənnət olsun !

111 Online TV-nin hazırladığı videosujeti oxuyucularımızın ixtiyarına veririk:



Heyran Buniyatzadə
Yazar

Oxunub: 1 254
Oxşar xəbərlər
SON XƏBƏRLƏR