dini radikalizm və ekstremizmlə mübarizə

BMM də Arasinfo.com portalının təqdimat mərasimi


Bu günlərdə Bakidakı Beynəlxalq Mətbuat Mərkəzində Dünya Jurnalistlər birliyinin təşkilatçılıgı ilə Arasinfo.com saytının açılışı ilə baglı tədbir keçirilmişdir. Ayrı - ayrı içtimai birlik və sayt rəhbərlərinin, şair və yazıçıların, media nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri Dünya Jurnalistlər Birliyinin təsisçisi və eyni adlı saytınn rəhbərı ,şairə Almaz xanım İlahə açaraq qonaqları salamladı və vətənimizin azadlıgı ugrunda, ərazi bütövlüyümüzü qoruyarkən şəhid olmuş cəmi soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Almaz İlahə Tümen vilayətinin Radujni şəhərində yaşayan həmyerlimiz Sara xanım.Həsənovanı Arasinfo .com saytının rəhbəri olaraq internet portalının acılişı münasibəti ilə təbrik etdi və yeni - yeni ugurlar arzuladı.
Sara xanım Həsənova bildirdi ki, saytı açmaqda məqsədim Azərbaycan həqiqətlərini dünyaya yaymaqla yanaşı dövlətimizin ,xalqımızın adət- ənənərini ,milli kultural dəyərlərə soykənən ölkəmizin sülhsevər xalq oldugunu bir daha təblig etməklə yanaşı, Qarabagımızın erməni quldurları tərəfindən işgal olunmasını dünyaya yaymaqla Azərbaycanın haqlı səsini xarici oxuculara çatdırmaqdan ibarətdir.
" Qafqaz " media içtimai birliyinin sədri, həkim şairə Azadə Taleh Abbasqızı yenicə fəaliyyətə başlamış Saytın əməkdaşlarına ugurlar arzuladı və təsis etdiyi Fəxri Diplomu Arasinfo.com saytının təsisçisi Sara xanım Həsənovaya təqdim etdi.
Tədbirdə Azərbaycanın əməkdar jurnalisti , nüfuzlu sayt və portal rəhbəri Azər Həsrət , 21 ci yüz il Əsrin qadınları içtimai birliyinin sədri Mahirə Əmiraslanova , Heydər Əliyev Düşüncə Mərkəzinin təsisçisi ,şair Fəsih Alıoglu, Gunaz.az saytının redaktoru ,Həkəri qəzetinin baş redaktoru, şair publisist Rauf İlyasoglu, İsveçdə yaşayan həmyerlimiz, sosial şəbəkə iştirakçısı Rəşidə xanım Moen ,hüquqşünas Kamil Balakişiyev ,şairlərdən Faxrəddin Meydanlı, Xatirə Rzayeva ,Şərqiyyə Seyidova, Xatirə Fərəcli ,Ramilə Sultan , Gilə Bakılı və başqaları Sara xanım başda olmaqla saytın əməkdaşlarına ugurlar arzuladılar .Orta məktəb şəgirdləri şeirlər söylədilər. Xüsusilə orta məktəb şagirdi Mədinənin məharətlə söylədiyi
"Azərbaycan - Türkiyə" şeiri ( müəllifi Almaz İlahədir) alqışlarla qarşandı.
Çıxış edənlər vurguladılar ki, saytda tariximizlə, dilimizlə, milli mənəvi dəyərlərimizlə , mədəniyyətimizlə baglı düzgün, dəqiq, qərəzsiz , faktlara söykənən yazılar inanırıq ki hər bir müəllifə geniş oxucu rəgbəti qazandiracaq və ictimaiyyəti maraqlandıracaqdır .
Tədbirin sonunda Sara

Həsənova bütün iştirakçılara təşəkkürünü bildirdi və yadigar olaraq xatirə şəkili çəkildi.

Rauf Allahverdiyev ( İlyasoglu )

Oxunub: 655
Oxşar xəbərlər
SON XƏBƏRLƏR