dini radikalizm və ekstremizmlə mübarizə

40 GÜNÜN SON NÖQTƏSİ OLAN 40


Eh dünya, dünya səndən kimlər gəlib kimlər keçdi... Fələklə bir arada olaraq əlbir oldunuz. Nə cavan bildiniz, nə qoca.Taleh yazısı deyərək insanlar da başlarına gələn müsibətlərə boyun əydilər. Çünkü siz sadəcə biz insanların günahlandırmaq istədiyimiz ünvan oldunuz.
Dünən 07.07.2019 ci il Samir balamızın 40 gün mərasimi qeyd olundu. Bu 40 günün Hər kəs evin yıxılsın ay fələk dedi. Necə qıydın Samirimizə dedik. Vətənpərvər savadlı, perespektivli bir gəncin itgisiylə heç kim barışmırdı.
Samir çox Vətənpərvər gənc idi...
O, atası Elman Əsədullayevdən dərs aldı ilk müəllimi Vətəninin, torpağının, xalqının vurğunu olan atası oldu. Elman Əsədullayevi isə hər kəs gördüyü işlərlə tanıdı.
Millət vəkili Adil Əliyev də Elman Əsədullayevi xalqın içində atdığı addımları ilə tanıdı. Şəhid analarının övladı adını qazanmaq isə hər kəsə nəsib olmaz. Elman isə bunu bacardı.
Millət vəkili Adil Əliyev də hər zaman xalqına sədaqətlə xidmət edənlərin yanında oldu. Xalq onu sevdi, seçdi. Seçimlərində yanılmadılar. Biz xalqın içində olan yazarlar millətin dərdinə daha yaxın oluruq.
Demək ki, xaqın içində olmasan onun dərdinə də şərik ola bilməzsən.
Adil müəllim də məhz seçicilərinə deyil bütünlüklə azərbaycan xalqına sadiq oldu, şad günündə, çətin anlarında onların yanlarında oldu. Şahidi olduğum bir faktı nəzərinizə çatdırmaq istəyirəm.
Samir Əsədullayev qəzaya düşdüyü gün gecə saatlarında xəbəri alar almaz 1 saylı mərkəzi kliniki xəstəxanaya getdim. Və Adil müəllim gecənin gec saatları olmasına baxmayaraq orda gördüm. Samirin doğmalarına dəstəy olmaq üçün həkimlərlə, müxtəlif mütəxəssislərlə əlaqə saxlayıraq Samirin yaşaması üçün mümkünsüz olanı belə etmək üçün addımlar atırdı.
O, gecə Adil müəllim necə çırpındığının canlı şahidi oldum. Bu gün bunları yazmaqda məqsədim Adil Əliyevin əməllərini bəzilərinin örnək olaraq görməsini və gör-götür dediyimiz həyatda onlarında öyrənməsidir.
Beləcə əziz oxucularım bir atalar misalını xatırlatmaq istəyirəm "Ağac bar verərkən başını aşağı dikər" bəlkədə deyəcəksiz ki, bu misalın Adil müəllimin atdığı addımla nə əlaqəsi.
İndi bunun açıqlamasını nəzərinizə çatdırmaq istəyirəm. Seçilmiş millət vəkillərindən tutmuş vəzifəli şəxslərə kimi çoxları vəzifə səlahiyyətlərindən istifadə edirlər. Hətta cangüdənlə gəzirlər , gəlişlərin-gedişlərin izlədikdə heyrətə gəlirsən. Düşünürsən görəsən kimdən özlərin qoruyurlar? Xalqındanmı, o xalqı ki, sizi seçib ondan qorunmağa dəyərmi? Hər bir vəzifəli şəxs onlara verilən ehtimadı doğrultmalı, xalqın içində olaraq dərdlərinə şərik olmalıdır.
Adil Əliyevi illər öncə müşaidə etdim hər bir atdığı addım ilə xalqına, millətinə, dövlətinə yaralı olduğunun şahidi oldum.
P.S. Samir balanın ruhunun şad olması üçün bir yazar olarq gələmə sarıldım və müxtəlif şanrlarda şerlər yazdım.
Hər zaman müxtəlif tədbirlərimzdə bəzə qəlbləri kövrəldən, hətta vətənpərvər şerləri ilə insanları ruhlandıran bu fidanlarımız Samirə ittihaf olunan şerlərimi söylədilər.
Adil Əliyev bu balaca fidamlarımızı belə diqqətsiz qoymayaraq onları bağrına basaraq fotoşəkil çəkdirdi. Budur sadəlik, budur millətinə olan məhəbbət. Mən əminəm ki, Əli Hüseyinli, 5 yaşlı Zəhra Hüseyinli, Bahar Abbasova heç vaxt Adil müəllimi unutmayacaqlar.
Adil Əliyev də birdən-birə millət vəkili olmadı bir çoxları kimi zərrə-zərrə qazandı uğurlarını. Bu zərrədən yaranan günəş artıq hər bir ailəyə istilik, fərahlıq bəxş edir.
(Allah Samir balamıza rəhmət eləsin.Məkanı cənnət olsun.)
Almaz İlahə












Oxunub: 596
Oxşar xəbərlər
SON XƏBƏRLƏR