» » ŞƏHİDİMİN ŞƏHİDLİYİ KİMLƏR TƏRƏFİNDƏN GİZLƏDİLİR

ŞƏHİDİMİN ŞƏHİDLİYİ KİMLƏR TƏRƏFİNDƏN GİZLƏDİLİR


Bu video sujeti hər kəsin izləməsini istəyirəm. Yəqin ki, baxarkən biləcəksiniz, şəhidin gətirilməsi anları an-an çəkilmişdir.
Artıq 3 il iki aydır ki, hələ də Şəhidin adını rəsmiləşdirmirlər.
2016 -ci il aprelin 22 -də Ağdamın Çəmənli kəndində uzaq məsafən düşmən tərəfindən vurulan şəhidimizə hələdə ona düşən ŞƏHİDLİK adı verilmir. MARAQLIDIR... Bu günə kimi istintaq getməsinə baxmayaraq məsələ öz həllini tapmır. Müxtəlif gözə görünməyən şəxslər tərəfindən işə müdaxilə olunur.
Hal hazırda şəhidin valideynin hərbi hissədən 3 dəfə göndərilmiş sənəd də fərqli fərqli rəy verilir. Bu isə hərbi hissənin bağışlanmaz səhbidir. Eyni zamanda izlədiyim sənədlər onu göstərir ki, hərbi hissə komandirlərinin də qərargahın rəhbərliyinində bu adın verilməməsində öz maraq dairəsi var.
Ortaya bir sual çıxır. Şəhidin vurulması ilə bağlı etşrməni saytı məlumat verir. Amma bu faktı bizimkilər ehtiraz edir. Maraqlıdır görəsən şəhidlik zirvəzinə ucalanı nədən şəhid kimi deyil başqacür qələmə vermək istəyirik?. Demək ki, hələ açılmamış çox məqamlar var. Amma hansı qüvvələr bu faktın açılmasına mane olur???
Təbriz Həsənovun anası və atası 3 il 2 ay ərzində sağlamlıqlarını itiriblər. Öbladın itirən valideyinlərə vurulan psixoloji zərbəyə görəsən kim cavab verəcək?
Mən cənab nazirimiz Zakir Həsənovun ədalətli olmasına şübhə etmirəm. Onu xalq sevir.
İnanıram ki, bu məsələnin bu günə kimi həllli yolu tapmamasına səbəb yalnız hərbi hiasədə olanların arxasında duran day daylarıdır.
Amma kiminsə Şəhidlik haqqını ondan əsirgəmək məncə ən böyek cinayətdir.
Bu gün paylaşım etdiyim bir çox faklar onu sübut edir ki, xalq öz əsgərini ŞƏHİD qəbul etdi.
Hərbi hissədən gətirilən Təbriz Nəsənovu 3 rəngli bayrağla valideyinlərinə təhvil verdilər. Amma şəhid kimi gətirilən Təbrizin şəhidlik adını hərbi hissə komandiri və məsul şəxslər nədən gizləyirlər??? O hansı faktlardır ki,onların aşkarlanmasını istəmirlər? səbəb nədir.
Təbriz Həsənovun dəfnində Millət vəkili Aydın Hüseynov, Qaradağ rayon hərbi komissarlığı, rayon İH nümayəndələri və ictimaiyyət iştirak etməsinə baxçayaraq bu gü faktlara fərqli fəqli rəylər verilir.
Biz Təbriz Həsənobun valideyinlərinin səsini Cənab nazirə çatdırmağa çalışacağıq. İnanıram ki, Zakir Həsənov bu haqsılığa son qoyacaqdır.!
Almaz İlahə
[
media=https://www.youtube.com/watch?v=TEN7gkb1r8k]
Oxşar xəbərlər
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031