dini radikalizm və ekstremizmlə mübarizə

MİLLƏT VƏKİLİ ADİL ƏLİYEV "N"SAYLI HƏRBİ HİSSƏDƏ

MİLLƏT VƏKİLİ ADİL ƏLİYEV "N"SAYLI HƏRBİ HİSSƏDƏ

Yenə də qürür verici bir gün yaşadıq. Hər zaman olduğu kimi Azərbaycan ordusununu əsgər və zabitləri ilə görüşmək sevincini və həyəcanını yaşamaq nəsibimiz oldu.Millət vəkili Adil Əliyev qəlbində Vətən sevgisi olanları ətrafına cəm edərək bir araya topladı. Adil Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə "N" saylı hərbi hissədə Şəhidimiz gizir Orxan Həmidov haqqında çəkilmiş sənədli filmin təqdimatı keçirildi. Onuda qeyd etmək istəyirəm ki, şəhid Orxan Həmidov haqqında çəkilən sənədli film məhz Adil Əliyevin təşəbbüsü ilə çəkilərək bütün şəhidlərə ittihaf edilir.
Bu filmin məhz gizirin xidmət etdiyi hərbi hissədə nümayiş etdirilməsi xidmət edən əsgər və zabitlərə böyük bir qürur hissi yaşatdı.
Adil Əliyev Şəhid gizir Orxan Həmidovun anası Tamella xanımın arzusunun həyata keçməsini təmin etdi. Filmin Bakıda təqdimatı keçirilən zaman gizir Orxan Həmidovun anası oğlunun xidmət etdiyi hərbi hissədə filmin göstərilməsini istəmişdi. Məhz hərbi hissədə bu filmi izləmək iştirakçılara duyğusal anlar yaşatdı.

P.S. Hər zaman işi ilə öndə olan Millət Vəkillərindən biri kimi tanıdım Adil Əliyevi.
O, hər zaman olduğu kimi həm Fizulinin Qaramanlı kəndində körpə Zəhra balamızın və nənəsinin il dönümündə və igid əsgərlərimizi ziyarət etdi.
Çalışmaqdan yorulmayan Vətənə xidmətini işi ilə göstərən Millət vəkilləri barmaqla sayılacaq qədərdir. Hər bir azərbaycan vətəndaşı söz ilə deyil- əməli, sevgisi ilə sədaqətini sübut etməlidir.
O, məhz bu cəhətləri özündə cəm edən insanlardan biridir.
Adil Əliyev xalqın sevgisini qazanan, xalqın içində olan millət vəkillərindəndir.
Tədbirdə: Azərbaycan boks federasiyasının idmançıları, şəhid ailələri, Qazilərimiz, incəsənət xadimi Zaur Rzayev və media nümayəndələrindən Elnur Eltürk və Djb.az-ın rəhbəri iştirak edirdilər.

Almaz İlahə




Oxunub: 689
Oxşar xəbərlər
SON XƏBƏRLƏR