dini radikalizm və ekstremizmlə mübarizə

NAXÇIVANSIZ NAXÇIVANLILAR

NAXÇIVANSIZ NAXÇIVANLILAR

Acınacaqlı durumdur elə deyilmi?.
Videonu izlədikdə çıxış edən qardaşların sözlərində böyük həqiqətlərin olduğunu məndə təsdiqləyirəm . Həqiqətən İstanbulun "500" evlər deyilən istiqamətinin çox hissəsi Naxçıvanlılardan ibarətdir. Mən İstanbul şəhərində olarkən 500 evlərdə yaşayan Naxçıvanlı bir ailənin qonağı oldum. Söhbət əsnasında 6Naxçıvanlılarının çoxluğ təşkil edən qisminin İstanbula üz tutduqlarını bildirdilər. Səbəbini soruşduqda inanılmaz məsələlərə toxunuldu.
Azərbaycanın torpaqlarının işğal altında olduğu zaman Naxçıvan öz torpaqlarını qoruya bildi. Ümummilli lider Heydər Əliyev düşmənə bir addım belə torpağını verməyən qeyrətli Naxçıvanlıları ilə bir arada oldu. O illər H. Əliyev onlarla birarada idi, bəs indi? Naxçıvanlılar nə etməlidirlər ki, bu durumdan çıxsınlar. Müdrük, əvəzolunmaz siyasətçi H. Əliyevə Naxçıvanın və Naxçıvanlıların ehtiyacı var. Baxmayaraq ki, geri gəlməsi mümkün olmayan tarixi şəxsiyyət bu gün aramızda olmasa da onun keçdiyi yol, onun yetişdirdiyi kadrlara Naxçıvanda ehtiyac duyulur...
Ümummillilider Naxçıvanıda, Naxçıvanlılarında sevən bir şəxsiyyət idi.
Bizim gücümüz isə qələmimiz və sözümüzlə Naxçıvanlı iş adamlarına müraciət edərək sadəcə yaddaşları yeniləmək istədik. Onların üzərinə düşən bir el qınağı var. Onlar Naxçıvanda iş yerlərini açmalı, həmvətənlilərini geri gətirməlidirlər.
Birlik olaraq birləşməlidirlər. Ataların gözəl bir misalı var" Tək əldən səs çıxmaz".
Ən acılı-ağrılı günlərinizdə
Naxçıvan Muxtar Respublikası düşmənə meydan oxudu, bu addımı atan sarsılmaz Ordumuzun əsgər və zabitləri öz qüvvələrini səfərbər edərək torpaqlarını qorudular.
Mən tanıdığım Naxçıvanlılar yenilməz insanlardır. Bu gün onları Vətənlərini tərk etməyə vadar edən nədir və kimlərdir?
Yüzlərlə iş adamlarının içində Naxçıvandan olan imkanlı qardaşlarımız var . Onlar sərmayələrini başqa dövlətlərə yatırırlar.
Halbuki onlar sərmayəni öz doğma Naxçıvanlarında iş yerləri açmaqla həm öz sərmayyələrini artırar, həm də həmvətənlilərinin geri qaytararaq ata-baba ocaqlarına sahib çıxmalarına ,ailələrinin dolanması üçün şərait yaratmış olacaqlar.
Türkiyədə çalışan insanların çoxu fabriklərdə tikiş işində çalışırlar, azyaşlı övladlarımız təhsildən yayınaraq bir qarın çörək pulu üçün gələcək həyatlarını məhv etmiş olurlar...
Bu yaxın günlərdə sosial şəbəkədə Məsul vəzifədə olan Naxçıvanlıların adlarını, soyadlarını daşıyan siyahı paylaşılmışdı.
İndiki kimi xatırlayıram o paylaşımı paylaşaraq
qeyd etdim ki, bir zamanlar sovet imperiyasının dövründə məsul vəzifələrdə ermənilər çalışırdı. O zaman onlara etiraz edənlər yox idi. Bu gün Naxçıvanlıların vəzifədə olması erməni vandalların vəzifədə olmasından nəyi pisdir. Amma zaman var idi ki, Naxçıvanda Pənahov Mübariz Kömrük komitəsinin sadri idi o zamanlar Naxçıvanlılar çörək pulu qazanmaq üçün öz Vətənlərini tərk etmək məcburiyyətində qalmırdılar.
Məncə nəyinki Naxçıvanlılar, səlahiyyətli insanlar, iş adamları bu gün həmvətənlilərinə kömək etməlidirlər.
Öz elindən didərgin düşmüş Naxçıvanlıların problemləri ilə maraqlanmalıdırlar. Yoxsa onları nə Vətən torpağı, nə gələcək nəsil, nə də ki, tarix bağışlamayacaq.
Almaz İlahə

Oxunub: 730
Oxşar xəbərlər
SON XƏBƏRLƏR