dini radikalizm və ekstremizmlə mübarizə

Anasiz olmaq


Səbəbsiz darıxmaqdır anasızlıq. Gülüşünün içdən gəlməməsi, heç nəyə ürəkdən sevinməməkdir. Dünyanın faniliyini, ölümün hər zaman bir addimliğında olduğunu bilməkdir anasızlıq. Yorulanda
hamldan qacıb, təsəlli üçün sığınacaq birinin olmadıgını dərk etmekdir. Xəstə yatanda... əsasən də xəstələnib yataga düşəndə yoxluğuna için- için ağlamaqdir. Dərdinə heç zaman heç kimin yanmayacagını, onun qədər səni təmənnasız seven birinin bir də olmayacağını anlamaqdır anasiz qalmaq. Yüz yaşın olsa belə“ əynini qalın geyin, soyuqlayarsan. Ac qalma ha” kəlmələrini söyləyəcək müqəddəs varlığın olmadığını dərk etməkdir anasızlıq.
Bir uşağın gözlərindəki kədərdir anasızlıq. Bir xəstənin ümidsizliyidir.
Anamin dualari kimi sevgidən məhrum olmaqdir anasızlıq.
Kasıbın bir tikə çörəyə möhtaclığı, əsirin vətənsizlik dərdidir anasızlıq.
Gözlərimə əbədi yazılan yaşdır anasızlıq.

P.S. Iki həftə əvvəl məni doğum günüm münasibətilə hər kəs təbrik etdi. Sizlərə təşəkkür və minnətdarlıq borcum var. Var olasınız. Hamınıza bir arzum var: Allah sizi əzizlərinizdən və onlari da sizdən vaxtsız-vədəsiz ayırmasın.
Mənə gəlincə .. Sadəcə... Mən anamdan sonra yalnız yaşda böyüyürəm, amma mən anamdan sonra yaşamağım elə də fərq etmir ki. Sonuncu dogum gunumu 2014-də anamla birlikdə qeyd etdik. Növbəti ildə xəstələndi və mən o yaşda qaldım.

Esmira Qasımova

Oxunub: 1 456
Oxşar xəbərlər
SON XƏBƏRLƏR