dini radikalizm və ekstremizmlə mübarizə

Kütlə qarşısında uğurlu çıxışın sirləri” adlı təlim keçirildi


Kütlə qarşısında uğurlu çıxışın sirləri” adlı təlim keçirildi
Vision Academy-nin təşkilatçılığı ilə 28 iyun 2019-cu il tarixində “Kütlə qarşısında uğurlu çıxışın sirləri” adlı seminar baş tutdu.
Seminarda müxtəlif şirkətlərin rəhbərləri, əməkdaşları, müəllimlər, tələbələr, marketinq, PR və satış sahəsində çalışan şəxslər iştirak etdilər.
Təlim Vision Academy-nin Tədris İşləri Üzrə Meneceri Tofiq Ələkbərov tərəfindən keçirildi. Açılış nitqi ilə sözə başlayan Tofiq Ələkbərov, ilk olaraq uğurlu çıxış üçün mövzu seçimi haqqında iştirakçılara məlumat verdi.
Təlim zamanı çıxış edərkən ən çox diqqət ediləsi məqamlar, təqdimat üçün mətnin hazırlanması, kütlə önündə çıxış etmə qorxusundan azad olmanın yolları kimi mövzulara da toxunuldu.
Şəbəkələşmə üçün ayrılmış kofe fasiləsində iştirakçılar, tədbir təşkilatçıları və təlimçi mövzu ətrafında müzakirələri davam etdirdilər.

Məleykə Aslanzadə
DJB.az, Baş redaktor





Oxunub: 673
Oxşar xəbərlər
SON XƏBƏRLƏR