dini radikalizm və ekstremizmlə mübarizə

Möhtəşəm iftar süfrəsində şəhidlərimiz anıldı

Möhtəşəm iftar süfrəsində şəhidlərimiz anıldı

Nərimanov rayon seçicilərinin , geniş ictimaiyyətin böyük hörmətini qazanmış millət vəkili Adil Əliyev Müqəddəs Ramazan ayında möhtəşəm iftar süfrəsi təşkil etmişdir . Respublikamızın tanınmış ziyalılarının , Türkiyənin Azərbaycanda fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və digər dövlətlərin Azərbaycanda fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirlərinin, milli qəhrəmanlarımızın, şəhid ailələrinin ,qazilərimizin, hörmətli din xadimlərinin, media nümayəndələrinin, Agsaqqallar şurasının, veteran təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Dualar oxundu. Musiqili dini,ədəbi,bədii kompozisiyalar din xadimlərinin oxuduqları xütbələr, qəsidələr qəlblərdə Allaha olan sevgimizi daha da şərafətləndirdi . Azərbaycan Respublikası Milli məclisinin deputatı,Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Ramazan bayramında keçirilən bu tədbirin əhəmiyyətindən danışdı və Adil Əliyevə təşəkkürünü bildirdi. Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş şəhid Orxan Həmidovun qısa lakin şərəfli ömür yoluna həsr olunmuş filmin ilk dəfə vidioçarxı nümayiş olundu . Filmin idea müəllifi vətənpərvər ziyalımız Adil Əliyev, operator- rejissoru isə Mahir Hüseynbəylidir .
Millət vəkili Adil Əliyev aprel döyüşlərində ordumuzun rəşadətindən danışdı və vurğuladı ki, biz hər zaman şəhidlərimizə borcluyuq, şəhid analarının qarşısında baş əyirik. Hər kəs şəhid ola biəz, şəhidlər Allahın yanında da ən yüksək məqama ucalıblar . Sonra Adil Əliyev şəhid Orxan Həmidov haqqında çəkdirdiyi filmi şəhidimizin anasına təqdim etdi. Şəhid anası dedi : Bu gün oğlum haqqında filmə baxdıq, qürurlandım. Çünki, oglum vətən yolunda şəhid olsa da Adil Əliyev kimi oğulların diqqət və qayğısını görərkən çox sevinirəm.Allah sizdən razı olsun.
Türkiyənin Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri müqəddəs Ramazan ayının fəzilətlərindən, Turkiyə- Azərbaycan dostluğunun ,qardaşlığının əbədiliyindən iftixarla danışdi və millət vəkili Adil Əliyevə sonsuz təşəkkürünü bildirdi .
Tanınmış həkim Rəşid Mahmudov bu möhtəşəm tədbiri yüksək səviyyədə təşkil etmiş və xalqımızın sevimlisi olan Adil Əliyevə Qurani- Kərimi hədiyyə etdi .
Sonra birinci qrup əlil Samirin kitablarının təqdimat mərasimi , kecirilən imza günü də hər kəsdə xoş ovqat yaratdı. Tədbirdə məşhur idmancılar, vətənimizin qeyrətli oğlu Ramil Səfərov və digər vətənpərvər ziyalılar iştirak etmişlər.
Sonra tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər və Ramazan bayramında xoş anlar yaşadılar .

Rauf İlyasoglu
Möhtəşəm iftar süfrəsində şəhidlərimiz anıldı
Möhtəşəm iftar süfrəsində şəhidlərimiz anıldı
Möhtəşəm iftar süfrəsində şəhidlərimiz anıldı
Möhtəşəm iftar süfrəsində şəhidlərimiz anıldı

Oxunub: 617
Oxşar xəbərlər
SON XƏBƏRLƏR