dini radikalizm və ekstremizmlə mübarizə

Aprel şəhidi haqqında Adil Aliyevin ideya müəllifi olduğu film çəkildi -VİDEO

Aprel şəhidi haqqında Adil Aliyevin ideya müəllifi olduğu film çəkildi -VİDEO

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin ideya rəhbəri və baş məsləhətçisi olduğu "Vətən naminə” layihəsi çərçivəsində "Mən görüşə gedirəm” sənədli film təqdim edilib.

Bu barədə rejissor Mahir Hüseynbəyli məlumat verib.

Onun sözlərinə görə, film aprel şəhidi Orxan Həmidova həsr olunub: ""Vətən naminə” layihəsi çərçivəsində çəkilən sənədli film Aprel döyüşlərinin qəhrəman oğullardan Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilən şəhid Orxan Həmidovun döyüş yolu haqqında çəkilib”.

Qeyd edək ki, film bu yaxınlarda deputat Adil Əliyevin müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri üzvlərinin, Qarabağ müharibəsi qazilərinin, idmançıların, deputatların, sənətçilərin və digər ictimai şəxslərin iştirakı ilə iftar süfrəsi tədbirində təqdim edilib.

Oxunub: 674
Oxşar xəbərlər
SON XƏBƏRLƏR