» » Ehram Məcidova dəstək məqsədi ilə konfrans təşkil olunmuşdu

Ehram Məcidova dəstək məqsədi ilə konfrans təşkil olunmuşdu

Ehram Məcidova dəstək məqsədi ilə konfrans təşkil olunmuşdu

Mətbuat konfransında idim bu gün. Titulları sevmədiyim üçün - bir cümlə ilə ifadə etsəm , Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldırmış , 5 qat dünya çempionu " Xocalı İdman Klubu" nun direktoru ( P.S bu adı qeyd etməyə bilməzdim ) Ehram Məcidova dəstək məqsədi ilə təşkil olunmuşdu. Düzdür, təşkilati iş çox zəif idi və şou xarakteri daşıyırdı .Amma hüququ tapdanmış bir insanın müdafiəsinə qalxılıbsa təqdirəlayiq hal kimi dəyərləndirməlidir. Əvvəlcə, onu qeyd edim ki , şəxsən E. Məcidovu tanımıram , amma dəfələrlə Azərbaycan bayrağını yüksəkləklərə qaldırmış və bu gün hüquqları tapdanmış bir Vətənimin övladı kimi müdafiə etməyə borcluyam. İçində Vətən sevgisi olan bir insanın ağır cinayət törətməsi absurddur. Övladları ilə görüşmək üçün cəhd göstərən bir atanın uşaqlarının bahasına qarşı həyatı təhlükə yaradan əşyadan istifadə etməsini məntiqə sıxışdıra bilmirəm. Düzdür , dediklərim hüququ faktlara yox , insanlıq faktlarına əsaslanır , amma istintaqın gedişiatındakı çoxsaylı nöqsanlar və məhkəmə iclaslarında xüsusi təyin olunmuş ıttihamçıların şifahi şəkildə ittihamlarını geri götürməsi , lakin ittiham faktının dəyişilmədən saxlanılması , istintaqın gedişinin düzgün olmaması və geri qaytarılması ilə bağlı vəsaıtlərın təmin olunmaması prosesin heç də düzgünlüyünə zəmanət vermir. E. Məcidovun ürəyində vətən sevgisi olmasaydı , yaratmış olduğu idman klubuna " Xocalı " adı verməzdi. Cinayətkar olan birinin haqqında tələbələri ağlaya - ağlaya danışmazdı və ən nəhayət cinayətkar olsaydı , məsum körpələr - aprel Şəhidi Rasim Məmmədovun oğlu Asim və Xocalı yarası ilə dünyaya göz açan Ayan ( Allahyar Novuzlunun nəvəsi ) onun azadlığı üçün ölkə başçısına # prezident#ə elə yüksək ürək ağrısı ilə müraciət etməzdi. Təbii ki , son söz məhkəmənindir. Amma ədalətli # məhkəmə # nin. Və bu işin düzgün araşdırılmasında # İdman və Gənclər nazirliyi# də maraqlı olmalıdır. # Ədalət # in tərəfində olanları bu işin düzgün araşdırılması üçün birləşməyə səsləyirəm. Sabah bu taleyin heç birimizdən yan keçməyəcəyinə qaratiya yoxdur. İnsanlarımızı itirməyək.

Mehriban Sadıqova
Ehram Məcidova dəstək məqsədi ilə konfrans təşkil olunmuşdu
Oxşar xəbərlər
«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930