dini radikalizm və ekstremizmlə mübarizə

Kütləvi İnformasiya Vasitələrinin dəyərli əməkdaşları,dəstəyinizə ehtiyacımız var!

Kütləvi İnformasiya Vasitələrinin dəyərli əməkdaşları,dəstəyinizə ehtiyacımız var!
Xəbər verildiyi kimi, Azərbaycan Kunq-fu Federasiyasının birinci vitse-prezidenti," Xocalı" İdman Klubunun direktoru, Kik-boksinq üzrə 5 qat dünya çempionu Ehram Xudu oğlu Məcidov 2018-ci il sentyabrın 1-də ailə münaqişəsi zəminində Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.Onun haqqında Azərbaycan Respublikası CM-nin bir neçə maddəsilə cinayət işi açılıb. Hazırda Ağır Cinayətlərə dair Bakı şəhər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi altında araşdırma aparılır.
Ehram Məcidov Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, İdman ustasıdır.E.Məcidov Azərbaycan xalqının qürur duyduğu oğullardandır.
Kütləvi İnformasiya vasitələrinin dəyərli əməkdaşları, cəsur idmançını müdafiə məqsədilə Sizin köməyinizə ehtiyacımız var.
Odur ki Sizdən xahiş edirik, iyunun 10-u saat 11-00-da BMM-də Ehram Məcidovun hüquqlarını müdafiə məqsədilə təşkil olunan mətbuat konfransında iştirak edərək zəruri dəstək göstərəsiniz.
Dərin hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri, "Tərəqqi" medalının mükafatçısı, Vətən müharibəsi veteranı, jurnalist.
Hacı Ədalət Məhərrəmov, "Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu"nun sədri, II dərəcəli müharibə əlili;
Naibə Behbudova, "Qürur"Şəhid Ailələri Xeyriyyə ictimai birliyinin sədri, Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun bacısı;
Əli Cəfərov, "Xocalı" İdman Klubunun baş məşqçisi, Xocalı rayonunun Kərkicahan qəsəbəsindən məcburi köçkün və başqaları.
Cəmi: 125 nəfər

Oxunub: 684
Oxşar xəbərlər
SON XƏBƏRLƏR