dini radikalizm və ekstremizmlə mübarizə

MOSKVA ŞƏHƏRİNDƏ FƏXRİMİZ OLAN AZƏRBAYCANLI XANIM KİMDİR?

MOSKVA ŞƏHƏRİNDƏ FƏXRİMİZ OLAN AZƏRBAYCANLI XANIM KİMDİR?
Yenə bir həyat yolunu səyahətə çıxdım. Yollar uzun və fərqli istiqamətlərə yönəlir. Amma buna baxmayaraq bu yolun yolçusu yorulmadan əzmlə addımlamış məqsədinə və mənzil başına sağ salamat yetişmişdir.
Oxucularda ilk yaranan təsürat yəqin ki, Almaz xanım yenədə bir esso ya da mənsur şerlə bizləri sevindirəcək deyə düşünəcəklər. Amma elə deyil bu dəfə bu yolların yolçusu zərif adlandırdığımız qadındır. Azərbaycanımızdan çox uzaqda yerləşən müxtəlif şəhərlərdə yaşamışdır. Ofelya Namazova harda olmasından asılı olmayaraq millətinə hər zaman dəstəy olmaqdan yorulması. Ofelya Namazova zərif cinsin nümayəndəsi olsa da peşə seçdikdə çiyinlərində kişi kimi yük çəkəcəyini bilirdi. Amma sevdiyi peşəsindən imtina etməyi düşünmədi. Bəlkə də hərbiçi ailəsində yetişməsi atasının ciddiliyi onun da oğlan kimi yetişməsinə və peşə seçimində qəyiyyətlə ciddi bir ixtisas seçməsinə gətirib çıxardı.
Belə Azərbaycan xanımları ilə fəxr etməyə dəyər.
Azərbaycan tarixini vərəqləyəndə Tomrislər, Nigarlar, Həcərlər yetişdirən bir xalqın nümayəndəsi olduğumuzu unutmayaq.
Ofelya Namazova da bu dün bir çox MDB şəhərlərində yaşasada milli mənəvi dəyərlərimizi həmişə qoruyub saxlayıb.
Dilini, dinini, adət ənənələrimizi valideyinlərindən öyrənərək qoruyub əməl edib. Budur türk qanı. Yəqin ki, oxucularım onu yaxından tanımaq istəyərlər. Məhz onun üçün Ofelya xanımın həyat yaradıcılığın sizlərə çatdırmaq ən önəmli qayələrimizdən biri oldu.
Ofeliya Avin qızı Namazova 28.02.1976- cı il Polşanın Seçinsk şəhərində hərbiçi ailəsində dünyaya göz açib. Sonra atasının işi ilə bağlı Ukrainanın Rovno şəhərinə köçürlər və Ofelya ibtidai sinif təhsilinə o şəhərdə başlamasına baxmayaraa 10-cu sinif təhsilini Russiyanın Murmansk şəhərində bitirir.
1997- ci ildə Sankt-Peterburqdakı Dövlət Hüquq Akademiyasına daxil olur və 2003-cü ildə bitirir. 2002-ildən 2007-ci ilədək Vladimirski vilayətinin Murmanski şəhər məhkəməsində çalışır. 2007-ci ildən bu günə kimi Moskva şəhərində Vəkil olarag çalışır.
Bu bir Azərbaycanlı xanımın əzmli həyat yoludur. Hər zaman igid, mübariz qadınlarımızla fəxr etmişəm, Ofelya Namazova da məhz onlardan biridir.

ALMAZ İLAHƏ

Oxunub: 861
Oxşar xəbərlər
SON XƏBƏRLƏR