dini radikalizm və ekstremizmlə mübarizə

DJB.AZ VƏLİ HƏSƏNOVU TƏBRİK EDİR

DJB.AZ VƏLİ HƏSƏNOVU TƏBRİK EDİR
57-yaş...
Ömrün əhəmiyyətli bir hissəsinin yaşandığına ilahi ədalətin işarəti.
57-yaş ömrün müdrüklüyə doğru yol aldığı rəqəm.
57-yaş zirvəyə gedən yolun artıq yarısı.
57-yaş həyatla dost olmaq çağı.
57-yaş çılğınlığa son qoyub, dolğun həyat seçimi məqamı.
57-yaş sevginin müqəddəsliyin tam dərk edəcək bir yaş dövrü.
Hər kəs bu yaşda bir ayaq saxlayıb geri boylanır.
57-yaş o qədər böyük zaman kəsiyi olmasa da, insanın həyatı üçün bir elə də az vaxt hesab olunmur. Məncə gərək həyatı elə yaşayasan ki, geri boylanarkən bu taleh payına təssüflənməyəsən.
Mən elə düşünürəm ki, Vəli müəllim geri boylanarkən yalnız fərəhlənir. Qarşıda isə onu bundan sonra övladlarının xeyir günlərinə baxaraq fəxr etmək zamanıdır. Bundan sonra isə ona həyat yollarında yalnız sevdikləri üçün əzmlə addımlamaq gərəkdir...
Vəli müəllim "Nil çayı" heç zaman qurumur ! Ömrünüz Nil çayı kimi daim axar olsun! Ay və günəş göydən ayrılmadığı kimi sizdə hər zaman doğmalarınızla, əzizlərinizlə, sevdiklərinizlə qoşa olasınız. Qəm əyir, sevinc səadət ucaldır insanı. Qəm görməyin, daim xoşbəxtlik nəsibiniz olsun. Gözləriniz sevinc yaşıyla dolsun. Solmasın çöhrəniz ağrı- acıdan, sevinc yol yoldaşınız, kədərsə gen dursun sizdən lap dünyanın sonu tək. Arzu- muradınız hər an çin olsun. Qəlbinizdəki eşq qoy yarınız olsun. Xoşbəxtlik yaraşıq libasınız olsun. Görməsin gözləriniz kədər intizar Fazilə xanım tək yarınız, Pərvin tək oğlunuz, Nigar, Aysun kimi qızlarınızda var. Adınızı daşıyan Vəli Paşanız, Həsənin, Hüseynin nəvə payın var.
Allahın bəxşişi bol olsun sizə, ziyarət yolları gedəsiz yenə.
P.S. Hörmətli Vəli müəllim Sizi öz adımdan və Djb.az xəbərlər və informasiya saytının kollektivi adından təbrik edirəm. Sizə ən şirin nemət olan can sağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram və təbrikimi şerlə bitirmək istəyirəm.

57-nin 50 cür əlifbası var

Qazancından çoxdur qanı qadası,
Yəhərli atı var, arabası var.
Sevinci kədəri, odu, ədas-
57- nin əllicür əlifbası var.

İl gördüm qalxanım qılıncım idi,
İl gördüm aylarım tiyandan çıxdı.
Saçımın ağlığı qaxıncım idi,
Üstəlik 57 də buyandan çıxdı.

O toz kimi gəldi, o toran kimi,
Torpaqda dənizdə yarıldı birdən.
Məni 50 il axtaran kimi,
57- yaş boynuma sarıldı birdən.

Bu yaşa çatanda hamı kövrəlib,
Neyləyim 57-nin xoşuna gəlsin?
Bizdən yaşlıların başına gəlib,
Bizdən cavanların başına gəlsin .
Hörmətlə: Almaz İlahə

Oxunub: 668
Oxşar xəbərlər
SON XƏBƏRLƏR