» » Yeni Bakı Limanında festival keçirilir

Yeni Bakı Limanında festival keçirilir

Yeni Bakı Limanında festival keçirilirBu gün Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında “Port Festival-2019” adlı tədbir keçirilir.

Open.az xəbər verir ki, festivalı giriş sözü ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov açıb.

O qeyd edib ki, Bakı limanı Xəzər dənizindəki ən böyük limanlardan biridir: “Hazırda liman Mərkəzi Avrasiya regionunda mühüm nəqliyyat və logistika qovşağına çevrilməkdə, dünyanın aparıcı limanları ilə faydalı iş birliyi qurmaqdadır. Bu gün burada “Port-festival”ın keçirilməsi ərazidə yaradılmış dünya standartlarına uyğun infrastruktur, görülən işlər, onun ətrafda yaşayan insanların sosial rifahına müsbət təsiri, yeni iş yerlərinin açılması və s. istiqamətdə həyata keçirilən tədbirlərlə ictimaiyyəti tanış etmək baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Xatırladaq ki, festivalda 5 mindən çox insanın iştirak etməsi nəzərdə tutulur. Tədbirə nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən dövlət və özəl şirkətləri Azərbaycanda akkreditə olunmuş diplomatlar, ictimaiyyət nümayəndələri qatılıblar. Liman əməkdaşları iştirakçılara ərazinin imkanlarını nümayiş etdirirlər.
Oxşar xəbərlər
«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930