dini radikalizm və ekstremizmlə mübarizə

Aprel qazisi Vüsal Muradovla tanış olun

Aprel qazisi  Vüsal Muradovla tanış olun
Hər dövrlərdə olduqu kimi Azərbaycanımızın bu günki dövründə də igid mərd qəhrəman döyuşçülərimiz olmaqdadirlar.
Bunlardan biri ilə sizi tanış edəcəm.2016- 2 aprel döyüşlərində mərdlik göstərərək yaralanmış Bərdə rayon Otuzikilər kənd sakini döyüşçü,Artileriya Mina Atan Komandiri Qarabaq qazimiz Vüsal Muradovdur.
Döyüşlərdə aldıqı yaralardan imkansızlıq baxımından normal dərəcədə müalicə almadıqı üçün xəstəliyi artaraq dəri xəstəliyinə gətirib cıxarmış və yaraları saqalmayaraq
get- gedə artaraq səhətində problemlər yaratmışdır.
Söylədiyinə görə bir dəfə Bakıda müalicə olunub və həkimlərdən "BU XƏSTƏLIYIN BURDA MÜALICƏSI YOXDUR" cavabını almışdır.Bərdə rayon millət vəkili Zahid Orucova yazılı surətdə məlumat göndərərək müraciət etməsinə baxmayaraq hec bir reaksiya görməmişdir.
Qazimiz Vüsal bəyin iki oqul ovladı var.
Istəyir ki, onlarda vətənpərvərlik ruhunu yaradaraq tərbiyyə etsin.
Ancaq qarşıarındakı müqəddəs yol uqrunda döyüsərək saqlamlıqını itirmiş ve müalicesi ücün dəstək görməyən Qazi atasını görərkən bir qədər bu ruhu aşılamaq cətin olur.
Döyüşlərdə sücaət göstərərək ordunun 95-100 illiyi münasibətilə və vətən naminə orden və medallarilə təltif olunan qazimiz xəstəxanada mualicə alarkən cənab prizidentimiz Ilham Eliyev xüsusi diqqət və qayqı göstərərək onu ziyarətə getmişdi.Elə isə bu sərəfli döyüs yolunu keçən sənin mənim, onun və ümumiyyətcə bütün Azərbaycan xalqının ,zəpt olunmuş torpaqlarımızın,
dalqalanan müqəddəs bayraqımızın yolunda öz canını düşmən gülləsinə sipər etməkdən çəkinməyərək aqır yaralanmış döyüşçü Qazimizin niyə səsinə səs vermirik?
Gəlin bu əziz gündə torpaqlarımızın bütövlüyü uqrunda çətin döyüs yolu keçərək aqır yaralanmış qazi qardaşımız Vüsal Muradovun səsinə səs verərək ona dəstək olaq.
Gələcəyin iki əsgər körpəsini atasız qoymayaq!Dəyərlilərimizi
itirəndən sonra dəyərlərini verməyək.
Fəxrimiz Qarabaq qazimiz Vüsal bəy.
Mən inanıram ki ,imkanı ,mərhəməti və səlahiyyəti olan hər bir insan sizin səsinizə səs verərək bu cətin vəziyyətdən qurtaracaqlar.
Esq olsun vətənimin vətənpərvər oqlu Vüsal bəyə!

Gülşad Nurani
Djb.az, müxbir

Oxunub: 891
Oxşar xəbərlər
SON XƏBƏRLƏR