» » Qızımın dünyaya gəlişi Tanrının mənə ən böyük hədiyyəsi oldu

Qızımın dünyaya gəlişi Tanrının mənə ən böyük hədiyyəsi oldu

  • 25-05-2019, 11:18
  • Gundem
  • 116
Qızımın dünyaya gəlişi Tanrının mənə ən böyük hədiyyəsi oldu
Qızım ilk göz ağrım, ilk sevincim, ilk payımdı. Qızım həyatımın mənası, yaşama səbəbimdir. Tanrının mənə bəxş etdiyi mələyimdir. Həyatı təsəvvür etmirəm Zeynəbimsiz. Anamın adını daşıyır qızım. Anam yoxdur, o mənim həm Anam, həm balamdır.
Doğum günündür bu gün. Nə arzu edərdim Sənə? Bir Atanın övladına arzusu nə ola bilər?
Arzu edirəm ki, gözəl gözlərin qəm, kədər görməsin. Sevgi ilə, sevinc ilə, məhəbbətlə parlasın əziz balam. Sənə sonsuz xoşbəxlik arzu edirəm.
Harda olursansa ol bil ki, Atan hər zaman arxandadır. Nə qədər ki, canımda can var Səni qoruyacağam. Gözəl çöhrəndə kədər olmasın, həyatın işıqlı, nurlu olsun.
Hər zaman Tanrının bizə bəxş etdiyi ömrümüzdə qardaşın, Anan və Atan Səninləyik. Hər zaman bizim sevimli, şıltaq Zeynəbimizsən. Evimizin nazlı mələyi doğum günün mübarək olsun. Tanrım Səni qorusun. Tanrım bütün pislikləri Səndən uzaq eləsin.
Arzu edirəm ki, arzular qanadında xəyallarının gerçək olacağı yerə uçasan.
Arzum budur arzusunda olduğun arzular, arzu olaraq bir daha arzulanmasın!
Arzum budur ki, qəlbindən heç vaxt Allah sevgisi və Allah qorxusu əksik olmasın. Amin. İnşa Allah...Sənə ürəyində olan arzuları həyata keçirəcək qədər ömür arzulayıram.


Hörmətlə

İlham Əliyev
Oxşar xəbərlər
«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930