dini radikalizm və ekstremizmlə mübarizə

Fərahim Sadıq! Bu ad çoxlarına tanışdır

Fərahim Sadıq!  Bu ad çoxlarına tanışdır

Fərahim Sadıq!
Bu ad coxlarina tanisdir.
Dünən Almaz Ilahə Əhmədova xanımın "Azərbaycan -Türkiyyə" adlı serinə yazilmis mahnının teqdimat mərasimində ilk dəfə olaraq bu böyük səxsiyyəti tanıdım.
Dostlarının onun haqqında söylədikləri müsbət fikirlər onun necə bir vətənpərvər insan olduğundan xəbər verdi ki, məndə öz növbəmdə bu tanışlıqdan qürur və şərəf duydum.
Fərahim bəy Sadıq kimdir?!
Bir cox əhəmityyətli layihələrin və bəstələrin muəllifi, musiqi prodüseri, aranjmanci, həm də eyni zamanda bir necə musiqi qrupun rəhbəridir.
10 yaslı qızlardan ibarət "Patriot Cənab leytinat" və "Iki dövlət bir millət " qrupları.
Ikinci adini cekdiyim qrupun üzvləri autizim və daun sindromunlu uşaqlar öz anaları ilə birlikdə mahni ifa edirlər.
Şəmistan Əlizamanlının son dövrlər ifa edərək Türkiyyədə populyarlıq qazandığı və
"Dirilik Ertoqrul" serialında yer alan mahnıların ilkin aranjmançısıdır.
"Tanrı Türkə yar olsun!"
"Haydı Bismillah "
" Yürüyün Alpler " və bir cox parcaların aranjmançısıdır.
Bu parcalar "Dirilik Ertoqrul "seryalinda yer alıb.
Aranjmançısı olduqu Şemistan Elizamanın "Yürüyün əsgər yürüyün" mahnısı, Türkiyyədə Afrin döyüşləri zamanı Zeytin Dalı hərəkatında Azərbaycandan Türkiyyəyə "Sarkılı dəstək" kimi "A-haber", "TRT-1" və demək olar ki, bütün Türk kanallarında dəfələrlə bu haqqda məlumat verilib.
Türkiyyə "AK-partı bələldiyyə seçkilərində dord mahnı istifadə olunmuşdur.
Mahnılardan biri yenə Səmistan Elizamanlının ifa etdiyi "Haydı Bismillah "
mahnısıdır ki, onun da ilkin aranjmançisi Ferahim bəy olmusdur. Bu mahnını səxsən Rəcəb Tayib Erdoğan özü bəyənib seçmişdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müşaviri, prezident təqaütçüsü, incəsənət xadimi Abdulla Qurbanın "Zəhra bala" elegeyasının musiqi kompazisiyası da və “Beynəlxalq Ordu Oyunları–2018” , “Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsinin təntənəli açılış mərasimin mahnısı və aranjmanı onun gördüyü işlərdən biridir.
Həm bəstəkar, həm aranjimançi, həm də prodüser olan vətənpərvər, xalqımızın əvəzsiz sənətinin sənətkarı olan Fərahim bəyi, az da olsa böyük layihelerının bir hissəsi ilə sizi tanis etməkdən qurur duydum.
Vətən- xalq üçün öz sahəsində yüksək işlər görən,neçə -neçə layihələrə imza atan, Azərbaycani dünyaya tanıdan, vətən, xalq üçün dayanmadan yüksək səviyyəli işlər görən səmimi təvazökar, vətənsevər bu insanı tanimaq və onun işlerini dəyərləndirmək bizim mənəvi borcumuzdur.
Hər zamanın öz Nizamisi, Füzulisi və Üzeyiri var.
Mən onun gördüyu işlərə, faktlara esaslanaraq deyərdim ki Fərahim bəy zəmanəmizin Üzeyiridir!
Eşq olsun, Azərbaycanı öz musiqi dunyasilə dünyaya tanıdaraq dəyər verən dəyərli vətən oqlu bəstəkarımız Fərahim Sadıq bəyə!.

Gülşad Nurani
Djb.az, müxbir

Oxunub: 1 128
Oxşar xəbərlər
SON XƏBƏRLƏR