dini radikalizm və ekstremizmlə mübarizə

Bir birimizlə fəxr edib düşmənə Azərbaycanin boyuk bir demokratik müstəqil dövlət olduqunu subut edək

Bir birimizlə fəxr edib düşmənə Azərbaycanin boyuk bir demokratik müstəqil dövlət olduqunu subut edək

Hörmətli Fuad bəy.Daim sizin cəsarətli fəaliyyətinizi izləmisəm.
Amma deyim ki,bu paylaşmada söylədiyiniz bəzi rəyləri bəyənmədim.
Bilirik ki ,bizi dostlarla yanası düşmənlər də izləyir.
Hər kəlməmizə fikir verərək iddialarımızı nizamlı şəkildə ifadə etməliyik ki ,düşmənin dəyirmanına su tökməyək.
Burda söylənən bəzi cümlələrdə suallar yaranır.
Icazə versəniz anlamadıqım mövzulari sizə sual verərək cavab alardım.

."Söyleyirsiz:-"IT HÜRƏR KARVAN KECƏR!"
Bu nə anlama gəlir? və it kim karvan kim olur?
.
Bilirsiz ki, demokratik ,müstəqil, azad bir gövlətdə yasayırıq.
Sizin kimi hər kəsin haqqi var ki,azad söz demək hüququndan haqqi tapdamadan istifadə etsin.
Kiminsə cəsarətli dediyi sözü niyə "PULLA SATILANLAR" adlandırıb,amma öz söylədiklərinizi vətənpərvərlik kimi sayirsiz?
Onlarda sizin kimi vətənpərvər deyillərmi?
.
Azərbaycanın vətən ücün cox böyük işlər görən ,Şəhid analarının anası sayılan ,gənc ikən cavan balasının daqını görən və bu acını Şəhid analarının dərdinə qataraq özünü şehıd anası kimi görən,daim Qazilərimizə bacı olan hakk yolunun yolçusu olan , Şəhidlərimizi ,vətən məhəbbətini seirlərində işiqlandıran ,təvazöökar bir vətən övladı cox hörmətli möminə xatun xanım,DÜNYA JURNALISTLƏR BIRLIYININ RƏHBƏRI Almaz xanım haqqında dediyiniz səhf irada etiraz edirəm.
.
Siz deyirsiz:-"AZƏRBAYCANLI QADIN TƏSURATINI YARADAN ,PULA SATILIB CEVRƏSÌNIN SIFARISINI YERINE YETIREN"...

Bir Azərbaycan kişisi Azərbaycan qadınını satılaraq sifarislə iş görub və Azərbaycan qadnını təsuratını yaratmaq sözünü deməsi sizcə nə dərəcədə doqru iraddir?!
Nə bilirsiz Azərbaycanli deyil ancaq təsurat yaradir?!
Nə bilirsiz satilib?!
Nə birirsiz sifaris yerinə yetirir?!
Bu cür sözlərlə siz öz etdiyiniz xeyir əməllərin üstündən xətt cəkmirsizmi?
Sizin cəsarətlə erməni bayraqını iclas zalından götürüb kənarlaşdırmaqı mən də görmüşdüm.
Düzmü?Səhfmi ?Alqislamisdim!.
Və bu günki gündə Qatır Məmməd filmində ki ,bir obrazın xatırladım.
Inam !
Etibar!
qazanıb ...........!,

Siz nə cinayətkarsız,
nə də qatil!
Siz Azərbaycanı sevən "Qacaraq" fikirlərlə , cılqın iş görən bir vətən oqlusuz.!
Elbət ki ,gördüyünüz işlər vətən üçün dəyərlidir.
Ancaq kiminsə bədbextliyi üstündə xoşbəxtlik qurmaq olmaz.!Vətən ücün işlər görən Istər Füzuli bəyi
Istər Azərbaycan xanımının mübariz simvolu olan Almaz xanımı vətənin bayraqını yüksəldən döyüşcümüzü və s.. kimi hörmətli səxsiyyətləri kiçiltməklə heç nə qazanmırsız.
Sadəcə haqsızlıqla qəlb qırırsiz.
.
.Bu sətirləri yazarkən cox diqqətli olmaqa calışdım ki ,həm etikanı pozmayım həm də düşünülməmiş ifadə işlədərək məsüliyyət daşımayım.
Yəni dilimin bəlasına düsməyim.(Ancaq dediyim hər bir sözu dəyişməz bir fikirlə yazıram).
Sadəcə özümü nüfüzdan salmaq olar bu ki kiminsə haqqını taptalayıb haqqına girim.
Insanın düzgün eqidəsi ,vicdanı, nüfüzü mənimcün ilk,və vacibdir.

Hər kəs öz arşını ilə ölçülür.
Mədəniyyət, etika bütün insani keyfiyyətlərdən üstündür!
.
Siz heç birinə cavab vermirəm deməyinizə baxmayaraq ən azı üc insanın qəlbini sındırıb, onların xeyir əməllərini aşaqılayıb təhkir etmisiz.Doqru deyil!
Hər bir insan özü üçün bir səxşiyyətdir.
.
Deyirsiz:-"QURBAQA GÖLÜNƏ DAŞ ATILDI. "bunun anlamı nə?
Qurbaqa kim daş atan kim?

.
Üstü örtülü danişaraq söyləyirsiz:-"BÜTÜN BU SIFARIŞI VERƏN SADƏCƏ BIR ADAMDIR"
Kimdir?
Fakt varmi?
Söyleyin!
Yoxsa nədən fərziyyə səklində bu məsuliyyətli sözü söyləyirsiz qardasim?
.
Füzuli bəy kompyuter verib adımı cəkmə deyirsə onun əvəzini hec vaxt istəməz.
Bununda nə dərəcədə doqru olduqu düzgun ifadə olunmayib.
.
Deyirsiz :-"FÜZULI BEY ETDIYININ QARSILIQINI ISTƏYIR"
Kimdən istəyir
Fuad bey?
Canlarını qurban verərək Şəhidlik zirvəsinə ucalmış
Şəhidlərimizin ailəsinə etdikərinimi?
Sənin ,mənim, onun yolunda canlarınin bir parçasını qurban vermiş Qazi qardaşlarımıza etdiklerinimi?
Xəstə yatan pul dərdindən ölumə məhkum olan xəstə insana etdiklərinimi istəir?
Hani bunlarin sübutu?.
.
Deyirlər "Düşməni olmayan insan xeyir əməl sahibi olmaz.
Cünki düşmənsiz insan heç vaxt haqq deməyib."
Yəni bir insani olduqu kimi hər kəs qəbul etməsi normal deyil.Fikir müxtəlifliyi ola bilər.
Istər sizi istər Füzuli bəyi tənqid edən varsa bu hardasa aktif bir işler görüldüyünə sübutdur.
Ama istəməzdim ki, bu haqqında danisdiqim "Düsmən"öz içerimızdən ,baci qardaslarimizdan olsun.
Düşmənimiz yetərincə var.
Bizim birliyimiz gərəkdir.
Siz də ,Füzuli bəy də çəkici haqq olan eyni zindana vurmalısız və düsmənə sübut etməlisiz ki ,Azərbaycan xalqı qardaş davasi yox torpaq davası edir.
.
Siz deyirsiz:-"BIR GƏNCƏCIK USAQI RISKƏ ATARAQ.."
Bu sözu aird etsək həm o usaq deyiləni kiciltmis olursuz hem de ...
Həyatını riskə atmaq sözu bir nov o səxsin yəni sizin gəncəcik dediyiniz səxsə qarsı hədə deyilmi?
.
Bizim düşmənimiz nə Füzulu bəydi nə də Fuad bəy .
Bizim düşmənimiz bu iki aparıcı qüvvəni bir -birini qarşı-qarşıya qoyaraq aralarında fitnə fəsadliq yaradib düşmənin dəyirmanina su tökənlərdir.
O cür sər qüvvələrin təziqinə məruz qalmaq istəmirsizsə evvelki kimi kini küdurəti silin və qardas olun.
Cünki vətənimiz dar gündədir.
Hər birimiz öz sahəmiz üzrə vətənçün işlər görsək inaniram ki, qalib düşmən
yox ,Azərbaycan xalqi olar.!!!
Bu da sizin kimi insanlarin ancaq və ancaq şayələrə uymayaraq irəli qələbə əzimkarlıqı ilə gedərək vətənin mudafiəsində olmaqınızdır.
Məqsədiniz eynidir.
Sizdə vətən üçün çalisirsiz Füzuli bey de.
Amma arada olan mənfi ünsürlər bariera səklində aranızda sədd olaraq sizi bir birinizə rəqib edir.
Və bunların oduna da Almaz xanım kimi və digər ziyalı simalar günahsız yerə haqsız təsirə məruz qalır.

Fuad bey !.
Bəlkə də bu yazım sizdə siddət yaradar məndən şikayətci olarsız və bəlkədə sözümə haqq qazandirib bir az düşünərək "Haqlisan!" deyərsiz.Bu sizin haqqınız .Ancaq xahis edirəm mənim her bir kelmemi tək olarken kiminsə müzakirəsilə yox təkçə vicdanla müzakirə edin .
Çünki "INSAN TƏK OLANDA VICDANI ILƏ UZBƏUZ OLUR"
Böyük hörmətlə hər birinizə dostluq və bu dostluqun gücündən yaranan Qarabaqcün aparilan işlərdə qələbə arzu edirəm.

Gəlin bir birimizlə fəxr edib düsmənə Azerbaycanin boyuk bir demokratik müstəqil dövlət olduqunu subut edək!!!.
Və sevinclə deyək.:-"MƏN FƏXR EDIRƏM KI, AZƏRBAYCANLIYAM!!

Allaha əmanət olun vətən oqullari!!!!

Oxunub: 667
Oxşar xəbərlər
SON XƏBƏRLƏR