» » Ad günün təbrikə hara gəlim?

Ad günün təbrikə hara gəlim?

Ad günün təbrikə hara gəlim?

Bu gün sənsiz olan onuncu ad gününü qeyd etdik. 31 yaşın oldu mələyim. Necə gözəlsənsə eləcədə gözəl qaldın gül üzlüm. Səni sevənlər gəldi. Bacın 1 gün öncədən sənin üçün nemətlər hazırladı sanki sən gələcəksən hər bir sevdiyin yeməkdən dadacaqsan.
Amma gəlmədin hər il onlduğu kimi gözüm yollarda qaldı. Hər qapı açılanda səni görəcəm deyə gözlərim intizarla o istiqamətə baxdım amma yenədə gələnlər içrə sən olmadın.
İllər necə keçdi bilmirəm. Amma bu illərdən xəcalət çəkirəm. Yaşadığım üçün utanıram.
Sənsizliyə dözdüyüm üçün dözümümə nifrət edirəm. Amma nə faydası sən yoxsan dünyam yoxdu. Sən mənə ilk analıq duyğusunu yaşadan mələyimsən. Sən mənə analığın dadını dadıran körpəmsən. Məni bağışla qızım... bağışla axı mən səndən sonra gülmək məcburiyyətində qaldım. Baxmayaraq ki, o gülüş həmişə sadəcə saxta təbəssümdür.

Almaz İlahə
Təsisçi
Oxşar xəbərlər
«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031