dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ

ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZŞəhidlər vurularkən deyil,unudularkən ölür. Bu həqiqətən də belədir. Uzun illər keçməsinə baxmayaraq, Qasımov Elşad Məmməd oğlu da tək ailəsinin deyil, əbədi onu sevənlərin yaddaşında yaşayır. 08.05.2019 tarixində Suraxanı rayon Əmircan kəndində Qasımov Elşad Məmməd oğlunun büstünün açılış mərasimi keçirildi. Açılışın ilk sözünə Əməkdar Artist, İncəsənət universitetinin kafedra müdürü professor Ağalar Bayramov şəhidimizə həsr etdiyi şeiri ilə başladı. Sonra Azərbaycanım milli qəhrəmanları 1992-1996 cı illərdə 'N' saylı hərbi hissənin çavuşları Ehtiram Əliyev və Mirzə Quliyevə söz verildi. Azərbaycanın milli qəhrəmanı və 1-ci qrup əlil polis polkovniki Sahil Məmmədov da şəhid haqqında söz deməyi özünə borc bildi. Şəhidin qardaşı Qasımov Füzuli Məmməd oğlu 1991-1993 cü illərdə Qarabağ döyüşləri zamanı, döyüşçülərə maşınlarla öz hesabına yardım etdiyini isə tədbir zamanı öyrəndik. Bu isə Qasımovlar ailəsinin nə qədər vətənpərvər olduğunu bir daha sübut edir.
Ehtiyatda olan polkovnik- leytinant İlyas İsmayilov isə öz xatirələrini tədbir iştirakçıları ilə bölüşərək 1992- ci ildə Daşaltı əməliyyatında ağır yaralandığı zaman Elşad Qasımovun onu döyüş meydanından 1 km geriyə çıxararaq onun həyatını xilas etməsindən söz açdı.
Azərbaycan Respublikasının silahlı qüvvələrinin ehtiyatlı olan mayoru Mehdiyev Əlisəfa döyüş yollarından söhbət açdı. Şəhidin böyük qardaşı Qasımov Musa Məmməd oğlu qardaşı ilə bağlı keçmiş günləri xatırlayaraq, qəhərlənsə də öz xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Suraxanı rayonunun Əmircan qəsəbəsinin bələdiyyə sədr müavini Fəridə xanım öz yazdığı şeiri ilə ürəkləri parçaladı. Büstün açılışına təkcə Suraxanı rayonu deyil, Azərbaycanın bir çox bölgələrindən də bir çox insan gəlmişdi.

Gəlin indidə Qasımov Elşad Məmməd oğlunun həyat təqviminə bir nəzər salaq. O,1963 -cü ildə Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olmuşdur. 1970-1978 illər ərzində Suraxanı rayonu 97 saylı 8 illik məktəbində oxuyub, sonra təhsilini həmin rayonun 208 saylı tam orta məktəbində davam etdirib,1980-cı ildə həmin məktəbi bitirmişdir.1983-1985 ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində olan Xüsusi Təyinatlı Qoşununda öncə nümunəvi əsgər, sonradan isə bir çavuş kimi xidmət etmişdir, xidməti dövründə komandirləri tərəfindən dəfələrlə fəxri fərmanlar almışdır, hərbi xidmətindən sonra vətəni olan Azərbaycana qayıdır və bir müddət çalışandan sonra, ali təhsil almaq üçün 1988-ci ildə sənədlərini indiki Dövlət Neft Akademiyasına verir və ora qəbul olunur.

Sonra müharibə başlayır və o, Dövlət Neft Akademiyasını 4 cü kursundan könüllü olaraq, Azərbaycanın ərazisinin bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyə başlayır. O, 'N' saylı hərbi hissənin tərkibində Daşaltı əməliyyatının iştirakçısı olub düşmənin xeyli sayda canlı qüvvələrinin, texnikalarının məhv edilməsində yaxından iştirak edir. Bu ağır döyüşdə yaralanmış komandir Leytenant İsmayilov İlyas Hümbət oğlunu döyüş meydanından 1 km arxaya cıxardıb, özü yenidən döyüş meydanına qayıdır. Elşad Şuşanın Malıbəyli, Kosalar, Quşçular, Kərkicahan kəndləri uğrunda gedən döyüşlərdə yaxından iştirak edir. Elşadın son döyüşü 1992 -ci ildə Şuşa şəhərində olub. Şuşa şəhərini tərk edən zaman o,özündən başqa 7 kəşfiyyatcı ilə mühasirəyə düşür. Mühasirədən çıxmaq üçün o,döyüş yoldaşlarına xəbərdarlıq edir ki, mən bu döyüşü öz üzərimə götürürəm, siz isə buranı tərk edin.
Elşad PK ilə tək başına düşmənlə döyüşə girir, yoldaşları isə mühasirədən çıxırlar. Özü isə bu ağır döyüşdə qəhrəmancasına şəhid olur. Mənim də bir jurnalist kimi borcum bunları qələmə alaraq Azərbaycan xalqına eləcə də, yaşadığımız Suraxanı rayonuna şəhidimiz Qasımov Elşadı yaxından tanıtmaqdır. Bütün Suraxanı rayonunun eləcə də,şəhidin qardaşları adından möhtərəm Prezidentimiz və Ali Baş Komandanımız cənab İlham Əliyevdən bir xahiş ərzimiz var:
Qasımov Elşad Məmməd oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilsin.
Elşad Qasımov öz canını qqurban verərək öz söyüş yoldaşlarının mühasirədən çıxmasını təmin edir. Məncə Elşadın atdığı bu addım kişilik, mərdlik və qeyrətdən irəli gələn qəhrəmanlıqdır.

Tədbirin sonunda
Veteranlar Birliyinin sədri Eldar müəllim, şəhidin qardaşı Füzuli Qasımova eləcə də başqa döyüş iştirakçılarını döyüşlərdə etdikləri şücaətlərə görə ordenlə təltif etdi.

Təranə Qasımova
Djb.az

ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ
ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ
ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ
ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ
ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ
ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ
ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ
ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ
ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ
ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ
ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ
ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ

Oxunub: 1 172
Oxşar xəbərlər
SON XƏBƏRLƏR