dini radikalizm və ekstremizmlə mübarizə

ƏJDƏR CƏFƏROV CƏNAB PREZİDENTİN SİYASƏTİNƏ XƏYANƏT ETMİRMİ?

ƏJDƏR CƏFƏROV CƏNAB PREZİDENTİN SİYASƏTİNƏ XƏYANƏT ETMİRMİ?
Əjdər Cəfərovun yeni bir qurbanı. Görəsən belə insanlar hələ nəqədərdir? Azərbaycan respublikasının vətəndaşları az imiş hələ üstəlik xarici vətəndaşlarda artıq Azərbaycan Güləş Federasiyasının keçmiş baş katibi Əjdər Cəfərovdan şikayətçidirlər. Nə isə xülasə indi oxucularıma kimdən söz açacağım yəqin ki, maraqlı olacaq. Axı bir ilə yaxındır ki, mediada Əjdər Cəfərovdan yazılır. Amma yazılanlara məhəl qoyan yoxdur. Bəlkədə var amma maraqlanmaq istəyənləri də susdurmağı bacarır. Maşallah deyək göz dəyməsin çox bacarıqlı gəncdir.
İnsanlar bir ömür çalışır bir sınıq- salxaq japaroji ala bilmir, bu kişi 5 il ərzində dövlətdən dünyanın malın pulun mənimsədi, maşınların qiymətini yazmıram ürəyi zəif olanlar çoxdur lazım olanda hamısınə təqdim edəcəyik. Azərbaycan mediası Ə. Cəfərovun korubsioner olduğu haqqda yazdı, rüşvətlə bağlı işdən azad olunduğunu bar-bar bağırdı. Amma nə məsuliyyətə cəlb olundu nə də ki, məşqçilərdən və idmançılardan yığdığı pullar geri qaytarıldı.
Belə məqamda bur atalar misalını xatırlatmaq istəyirəm deyirlər "kişinin dili də var, hələ üstəlik dilçəyidə var"... Hər kişinin işi deyil dövləti çapın talasın şikayətçilərin sayı günü gündən artsın amma heç ruhuda inciməsin. Bir bədbəxt jurnalist zəhmətinin haqqı bilərək bir məmurdan 100 azn alarsa buna rüşvət deyib dama basırıq. Özünüdə hər cürə təqqir edirik. Amma neçə ildir ki, dövlətin malın pulun yeyəni nə məsuliyyətə cəlb edirik nə də ki, gözün üstündə qaşın var deyirik. Hələ üstəlik gələcəyimiz olan uşaqlarımızın təhsil aldığı təhsil ocağına məsul vəzifəyə təyin edirik. Məncə bu Əjdər müəllimin havadarları öz adları hallanmasın deyə ona hər cürə dəstəy olurlar. Amma bilmirlər ki, axır bir gün vicdanlı birisi çıxacaq ortaya və bu məşqçilərin idmançıların haqqına girən Əldər Cəfərovu məsuliyyətə cəlb edəcək.
Bəlkə də deyəcəksiz ki ay anam bacım sən bu yetimdən nə istəyirsən?
Elə isə deyim bilin...aylarını, illərini sağlamlığı bahasına Azərbaycan bayrağının ucalması üçün xərcləyən insanların haqqını Əjdər Cəfərov kimi xaindən almaq üçün lazım gələrsə möhtərəm prezidentimizə müraciət edəcəyəm.
Amma məzlumun haqqın yeməyə bu insana icazə verməyəcəm.
Nəcəfov Mehman Ağaəli oğlu 1991-ci ildən 2010-cu illərdə Bədən Tərbiyyəsi və İdman Akademiyasında güləş və onun metodikası kafedrasının müəllimi işləmişdir.
2012 -ci ildə məşqçisi olduğu tələbəsi Yulya Ratkeviç Olimpiya 3 cüsü olmuşdur. 2012-ci ildə Cənab prezident tərəfindən Mehman Nəcəfov Tərəqqi ordeninə layiq görülmüşdür.
Azərbaycanın qaliblər sırasında olması üçün çalışan belə insanlara hədə qorxu gələrək qazandıqları pulları əllərindən almağı Ə. Cəfərova nə qanun bağışlayar nə də dövlət başçısı. Əjdər Cəfərov vəzifə səlahiyyətlərindən istifadə edərək məşqçiləri işdən çıxarmqla hədələyərək onlara ayrılan mükafatı əllərindən alaraq mənimsəmişdir. Onun atdığı bu addım isə tək məşqçi və idmançılara qarşı deyil eyni zamanda dövlət başçısının siyasətinə xəyanətdir.

Almaz İlahə

Oxunub: 869
Oxşar xəbərlər
SON XƏBƏRLƏR