dini radikalizm və ekstremizmlə mübarizə

Millət vəkili Qarabağ qaziləri və əlillərlə iftarda

Millət vəkili Qarabağ qaziləri və əlillərlə iftarda
Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB və “Zəfər” şəhid ailələrinə dəstək İB şəhid ailələri, Qarabağ qaziləri və əlilləri üçün iftar süfrəsi açıb.

Djb.az-in Axar.az-a istinadən məlumatına gorə, müqəddəs Ramazan ayının gəlişi münasibətilə şəhid ailələri, Qarabağ qaziləri və əlilləri təbrik edən millət vəkili onlara Allahdan bütün dualarına çatmalarını diləyib.


Dövlətimizin, Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban Əliyevanın hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazilərinə və əlillərinə dəstək və qayğı göstərdiyini bildirən Q.Paşayeva hamını bu müqəddəs ayın hikmətlərinə uyğun əməllərə çağırıb.


Millət vəkili Q.Paşayevanın dəvətilə ölkəmizə səfər edən Türkiyənin tanınmış təsəvvüf yazar-araşdırmaçısı Camalnur Sargut çıxış edərək, şəhid ailələrini, Qarabağ qazilərini Ramazan ayı münasibətilə təbrik edib. Daha sonra o, Ramazan ayının hikmətləri, islam dini dəyərləri və təsəvvüf və islam dininə böyük töhfələr vermiş Azərbaycan kökənli böyük şəxsiyyətlərdən danışıb. O, “Nəfsin tərbiyəsi”, “Gözəl əxlaq”, İslamda qadın” və başqa mövzular üzərində də ətraflı dayanaraq, haqqa, ədalətə, duruluğa, gözəlliyə aparan yolun ağırlığından və şərəfindən danışıb və iştirakçıların suallarını cavablandırıb.


Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova və “Zəfər” şəhid ailələrinə dəstək İB-nin rəhbəri, qəhrəman şəhid hərbçimiz Raquf Orucovun xanımı Sevinc Orucova, Qarabağ Müharibəsi Veteranları Cəmiyyətinin fəallarından Mübariz Quliyev, Azərbaycan İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, QHT rəhbərləri və ziyalılar da çıxış ediblər.


Millət vəkili Q.Paşayeva müəllifi olduğu "Allah sevən qəlblərdədir" kitabını imzalı şəhid ailələri, Qarabağ qaziləri və əlillərinə hədiyyə edib.

Oxunub: 530
Oxşar xəbərlər
SON XƏBƏRLƏR